Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2019
10:39
249
Müəllimlər üçün yekun qiymətləndirmə başa çatıb - FOTO

Məktəbəhazırlıq qruplarında tədris aparacaq müəllimlər üçün yekun qiymətləndirmə başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən FaktXəbər-ə verilən məlumata görə, imtahanda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimləri başa vuran 1000-ə yaxın ibtidai sinif müəllimi iştirak edib.

Müəllimlər 45 dəqiqə vaxt ərzində onlayn şəkildə 25 test sualını cavablandırıblar.

İmtahanda iştirak etmiş müəllimlərə müvafiq ixtisasartırma sertifikatları təqdim olunacaq. Oktyabrın 1-dən isə həmin müəllimlər məktəbəhazırlıq qruplarında fəaliyyətə başlayacaqlar.

Qeyd edək ki, “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təşkil edilmiş təlimlər Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilib. Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdan ibarətdir.

Məqalədə : müəllimlər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
142

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
182

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
51

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
74

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
35

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
32

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
53
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 20:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru