Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Sentyabr

2021
16:55
Müəllimlərin işə qəbul müsabiqəsi il ərzində bir neçə dəfə keçiriləcək

"Gələcəkdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin il ərzində bir yox, bir neçə dəfə keçirilməsi nəzərdə tutulur. Bəzən MİQ müsabiqəsində namizəd imtahana gecikir, ya qanun pozuntusu edir, ya aşağı bal toplayır deyə yenidən imtahan vermək istəyir. Bütün bunları nəzərə alaraq MİQ müsabiqəsini il ərzində bir neçə dəfə keçirmək istəyirik".

Bunu İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

Mərkəz rəhbəri əlavə edib ki, yeniliklərlə bağlı müvafiq infrastruktur olmalıdır: "Hazırda bu istiqamətdə müzakirələr gedir. MİQ-də istifadə olunan sualların məzmunu ilə bağlı hər hansı dəyişikliyin edilməsi nəzərdə tutulmayıb. Ola bilsin ki, yerləşdirmə test imtahanından fərqli keçirilsin".

O qeyd edib ki, hər tədris ilində təxminən 1000 vakant yer yaranır: "Yeni dəyişiklərlə keçirilməsi planlaşdırılan MİQ imtahanı ilə əlaqədar vakant yerlərin sayı məsələsinə də baxılacaq".

Məqalədə : müəllim 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
467

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
598

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
613

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
654

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
655
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 13:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru