Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2020
15:30
İçməli sudan əziyyət çəkən kəndlərdə bu il yeni layihələr icra olunacaq

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

İclasda “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 2019-cu ilin əlamətdar hadisələrlə zəngin olduğunu xatırladaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaratdığını bildirib. Dövlət başçısının əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq 2019-cu ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilib.

İl ərzində 12 rayonun içməli sudan əziyyət çəkən 25 kəndində, həmçinin Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 5 qəsəbədə içməli su layihələri icra olunub.

Eyni zamanda, Bakı şəhəri və Abşeron yarımadasında 200-dən çox ünvanda içməli su, kanalizasiya və yağış suları layihələri həyata keçirilib. Hesabat dövründə Bakı şəhəri və regionlarda 1420 km magistral və şəbəkə su xətləri, 480 km kanalizasiya kollektoru və xətləri, ümumi tutumu 30 min kubmetr olan 16 su anbarı inşa edilib, 17 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhəri üzrə isə 81,5, regionlarda 63,6, ölkə üzrə isə 69,9 faizə yüksəlib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasın yekununda 2020-ci ildə şəhər və rayon mərkəzlərində layihələrin icrası davam etdiriləcəyini, cari ildə içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələr icra olunacağını, modul tipli sutəmizləyici qurğular vasitəsilə su alan kəndlərin içməli su təchizatı xüsusi diqqətdə saxlanılacağını bildirib. Bu il Bakı şəhəri və Abşeron yarımadasında da yeni layihələrin icrası nəzərdə tutulur.

Səhmdar Cəmiyyətin sədri iqtisadi səmərəlilik, istismar fəaliyyətinin gücləndirilməsi, əməyin təhlükəsizliyi və müştəri məmnunluğu məsələlərinə diqqətin artırılmasının vacibliyini qeyd edib.(trend)

Məqalədə : “Azərsu” içməli su 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosu dezinfeksiya ediləcək

20

Fevral
15:24
NƏQLİYYAT
151

DTX: Neftçalada vəzifəli şəxslər tutulub

20

Fevral
15:06
HÜQUQ,HADİSƏ
330

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

20

Fevral
14:49
HÜQUQ,HADİSƏ
229

Nazirdən bələdiyyələrlə bağlı QƏRAR

20

Fevral
13:42
SİYASƏT
291

Sabahın hava proqnozu açıqlanıb

20

Fevral
13:09
ÖLKƏ
206
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 16:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru