Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Fevral

2020
17:30
Məktəblərdə məzunlara medal verilməsi ləğv olunub

Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara medal verilməsi ləğv olunub.

Bununla bağlı Nazirlər Kabinetinin “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na dəyişiklik edilib.

Dəyişikliklə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və gümüş medal deyil, qızıl nişan və gümüş nişanla təltif olunacaq.

Qeyd edək ki, təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir.

Aşağıdakı təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilə bilər:

ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirənlər;

 tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi "əla" olanlar;

bütün fənlərdən illik qiymətləri "əla" olanlar;

bu Qaydanın 2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar.

Təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi barədə pedaqoji şuranın qərarı və həmin təhsilalanların fərdi siyahısı Təhsil Nazirliyinin müəyyən etdiyi formada hər il mayın 20-dən gec olmayaraq, yerli təhsili idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilir.

Qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl nişanla, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi "yaxşı" (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş nişana layiq görülürlər.

Məzunların qızıl və ya gümüş nişanla təltifi Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir.

Qızıl və ya gümüş nişana layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin "Şərəf kitabı"na yazılır.

Qızıl və ya gümüş nişan təntənəli şəraitdə təqdim edilir.

Məqalədə : medal 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4882

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3313

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2645

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2188
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-04-2020 21:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru