Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2019
11:11
905
Məktəblərdə boş olan vəzifələr üzrə işə qəbulun nəticələri açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilən müsabiqənin yekun nəticələri bəlli olub.

İdarədən FaktXəbər-ə verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsində uğurlu nəticə göstərən 404 nəfərin 246-sı vakansiya seçimi prosesinin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanıb.

Onlardan 35-i təlim-tərbiyə işləri üzrə direktor müavini, 26-sı tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 8-i gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 18-i psixoloq, 16-sı uşaq birliyi təşkilatı rəhbəri, 116-sı laborant, 27-si kitabxanaçı vəzifəsinə işə qəbul olub.

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, kitabxanaçı, uşaq birliyi təşkilatı rəhbəri, laborant vəzifəsi üzrə işə qəbul hüququ qazanmış şəxslər şəxsi işləri ilə birlikdə müvafiq ümumi təhsil müəssisəsinə müraciət edə bilərlər.

Təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələrinə işə qəbul hüququ əldə etmiş şəxslər əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən dəvət ediləcək.

Müsahibə mərhələsində uğurlu nəticə göstəməsinə baxmayaraq müsabiqədə iştirak edən digər iştirakçıların daha yüksək nəticə göstərməsi səbəbindən seçdikləri vakansiyalar üzrə yerləşə bilməyənlər yeni vakansiyalar yarandıqca işə qəbul üçün dəvət ediləcək.

Qeyd edək ki, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
142

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
180

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
51

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
74

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
35

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
32

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
53
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 20:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru