Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Mart

2020
12:45
Məktəblə bağlı alternativ mərkəzlər fəaliyyətə başladı

2020-2021-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron sənəd qəbulu ilə əlaqədar Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 

www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın Alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər.

Alternativ qeydiyyat mərkəzləri Xəzər rayonu üzrə Mərdəkan bələdiyyəsi, Gənclər evi, Buzovna qəsəbə icra nümayəndəliyi, Zirə və Binə bələdiyyələri, Xətai və Nizami rayonları üzrə Təlimə Dəstək Mərkəzi, Nərimanov rayonu üzrə Təhsil İnstitutunun Təlim Texnologiyaları Mərkəzi, Binəqədi və Nəsimi rayonları üzrə Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi, Suraxanı rayonu üzrə Hövsan, Qaraçuxur və Bülbülə bələdiyyələri, Qaradağ rayonu üzrə Qobustan, Müşfiqabad, Lökbatan, Sahil və Ələt bələdiyyələri, Sabunçu rayonu üzrə Gənclər evi, Səbail və Yasamal rayonları üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Qəbul otağı, Pirallahı rayonu üzrə isə Gənclər evində fəaliyyət göstərir.

Vətəndaşlar Alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V günləri saat 10:00-dan 16:00-a qədər yaxınlaşa bilərlər.

Valideynlər Alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladlarını özləri ilə aparmasına ehtiyac yoxdur.

Məqalədə : təhsil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3887

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2801

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2237

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 14:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru