Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Fevral

2020
15:42
Məktəb direktorunun işdən çıxarılması ilə bağlı - RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi Biləsuvar rayonu Arazbarı kənd məktəbinin direktorunun məcburi şəkildə işdən çıxarılması məsələsinə aydınlıq gətirib.

Biləsuvar Rayon Təhsil Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin məktəbdə hazırda yeddi şagirdlə iki sinif komplektində tədris aparılır:

“Tərəfimizdən məktəbin bağlanılması ilə əlaqədar Təhsil Nazirliyinə müraciət edilib. Hazırda məktəbdə direktor işləməyə real namizəd yoxdur. Odur ki, qonşu məktəbin direktor müavini Əlitudə Eyniyevə Arazbarı kənd ümumi orta məktəbin direktoru vəzifəsini müvəqqəti icra etmək tapşırılıb”.

Qeyd edək ki, Biləsuvar rayonu Arazbarı kənd məktəbinin direktorunun məcburi şəkildə işdən çıxarılması barədə məlumat yayılıb. Direktor sosial şəbəkə vasitəsi ilə videogörüntü yayaraq bildirib ki, ona işdən çıxması üçün Biləsuvar Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov tərəfindən təzyiqlər olub.

Məqalədə : məktəb işdən qovulma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4921

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3338

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2661

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2203
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 06:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru