Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Aprel

2021
14:38
Məktəb direktoruna cinayət işi açılıb

Yevlax Rayon Təhsil Şöbəsinin Əkşəm kənd tam orta məktəbinin direktoru vəzifəsində işləmiş Bəkirov Babək Nizam oğlunun 2014-2020-ci illər ərzində dövlət büdcə vəsaitlərini mənimsəməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış araşdırmalarla, Babək Bəkirovun işdən azad edilmiş şəxsin adını vəzifəsini icra etmədiyi halda 5 il müddətində məktəbin əmək haqqı ödəniş cədvəllərinə daxil etməklə bank kartına köçürülmüş əməkhaqqı və digər ödənişləri nağdlaşdıraraq götürüb mənimsəməsinə, ayrı-ayrı müəllimlərin adlarına əlavə dərs saatları yazaraq rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlıqların uçotunu və mühafizəsini təmin etməməklə hüquqi şəxs olan Yevlax rayon Təhsil şöbəsinin hüquqlarına və qanuni mənafelərinə ümumilikdə 10 min manat məbləğində mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış sübutlar əsasında Babək Bəkirova Cinayət Məcəlləsinin 179.2 (öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilmişdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

FHN gəmilərlə bağlı reyd keçirib - VİDEO

12

Aprel
15:23
BÖLMƏNİ DÜZ SEÇ!
230

Lukaşenko Azərbaycana gəlir

12

Aprel
14:42
SİYASƏT
175

Sabah hava necə olacaq?

12

Aprel
13:41
ÖLKƏ
130

Ramazan ayının təqvimi açıqlanıb

12

Aprel
12:46
MƏNƏVİYYAT
200
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-04-2021 17:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru