Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2019
19:18
592
Məktəb direktoru: “Elinanın gündəliyində `ölümümə 52 gün qalıb” yazılmışdı`

Elina Hacıyevanın ölüm işi üzrə məhkəmə davam edib.  

FaktXəbər-in APA-ya istinadən məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, iş üzrə dəvət olunan şahidlər məhkəmə iclasına gəlməyib.

Prosesdə 162 saylı orta məktəbin sabiq direktoru Sevinc Abbasova ifadə verib. O bildirib ki, hadisə günü ikinci dərs bitəndən sonra tənəffüs zamanı məsələdən xəbərdar olub: "Direktor müavini Tünzalə Mikayılova ilə otağımda idik. Bu zaman müəllimə gəlib həyətdə bir uşağın yıxıldığını dedi. Tez çölə qaçdıq. Gördüm ki, Azərbaycan bölməsinin uşaqları Elinanı qucaqlarına götürüb məktəbin qapısına tərəf gətirirlər. Birinci elə bildim onu kimsə yıxıb. Elina isə dedi ki, özü yıxılıb”.

Direktor qeyd edib ki, tibb bacısının qapısı bağlı olduğu üçün Elinanı öz otağına aparıblar: "Elinanı otağımda divana uzatdıq. O dedi ki, üç aydır psixotrop dərmanlar atır. Çantasından da psixotrop dərmanın qutusu çıxdı”.

S. Abbasova bildirib ki, hadisə ilə bağlı valideynlərə dərhal xəbər verilib: "Həmin vaxt polislər gəlmişdi. Onlar Elinanı sorğu-sual edirdi. Xalidə Bayramova gəldi, polislər Elinanın çantasını gətirdilər, içindən 20 ədəd psixotrop dərmanın adları yazılan kağız çıxdı. Həm də Elinanın gündəliyi var idi, orada "ölümümə 52 gün qalıb, mənim həyatım zibil kimidir" sözləri yazılmışdı".

S. Abbasova Prokurorluqda ifadə verən gün Elinanın öldüyünü qeyd edib: “Aprelin 6-da prokurorluqda ifadə verəndə Elinanın öldüyünü eşitdim. Həmin vaxt müstəntiq soruşdu ki, özünü təqsirli bilirsən? Dedim ki, qismən təqsirli bilirəm, çünki onu incitməklərindən xəbərim olmayıb. Həm də affekt vəziyyətdə olduğum üçün "skoru"nu gec çağırmışam. Kimlərə zəng etdiyimi də xatırlamıram".

Suallara cavab verən S.Abbasova hazırda özünü təqsirli bilmədiyini qeyd edib.

Prosesdə Elina Hacıyevanın ailəsi direktor və Təhsil Nazirliyindən müştərək qaydada 8 min 500 manat dəfn xərci və mənəvi zərərə görə 100 min manat mülki iddia qaldırıb.

Proses oktyabrın 11-də davam etdiriləcək.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.

Məqalədə : Elina Hacıyeva 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1149

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
67

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
92

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
316

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
355
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 03:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru