
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayon (şəhər) təhsil şöbələrinə, nazirliyin birbaşa tabeliyində olan və olmayan ümumi təhsil müəssisələrinə məktub göndərib.
Məktubda 2019-2020-ci il tədris ilində ümumi təhsil pilləsi üzrə təhsil alanların məktəbdaxili qiymətləndirilməsinin aşağıdaki kimi həyata keçirilməsi tapşırılıb:
1. I sinif şagirdlərinin məktəbdaxili qiymətlidirilməsi aparılmasın. Bununla bağlı olaraq I siniflərin sinif jurnalında heç bir qeyd aparılmasın.
2. II-XI sinif şagirdlərinin tədris ilinin birinci yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri üçün qəbul edilsin. Məsələn birinci yarımil üztrə müvafiq fənn üzrə balı “60” və qiyməti “3” olan təhsil alanın illik bal və qiyməti də müvafiq balı “60”, qiyməti “3” kimi müəıyyən edilsin.
Ümumi təhsil müəssisəsi cari ilin 1-15 iyun 2020-ci il tarixlərində təhsilalanların illik balları və qiymətlərini sinif jurnalında qeyd edir. Eyni zamanda bütün şagirdlərə qiymətləndirmənin nəticələri barədə məlumat verir.
İllik bal və qiymətlər sinif jurnalında müvafiq fənlər üzrə “Qiymətləndirmələr” hissəsində, eyni zamanda “Şagirdlərin təlim nailiyyətləri haqqında yekun məlumat” hissəsində “illik” bölmədə qeyd olunur.
3. Bununla yanaşı, məlumdur ki, Təhsil Nazirliyinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmriilə təsdiq edilmiş. “Ümumtəhsil müəssisələrində şagirdlərin sinifdən sinifə keçirilməsi ahqqında müvəqqəti qaydalar”a əsasən 1-3 fəndən (fənlərdən) illik “qeyri-kafi” qiymət almış V-VIII və X sinif şagirldərinə həmin fəndən (fənlərdən) yay tədris tapşırıqları verilir. Eyni zamnda 4 və artıq fəndən illik “qeyri-kafi” qiyməti alan, habelə dərs məşğllərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V-VIII-X sinif şagirdləri təkrar sinifdə saxlanılır.
Mövcud şəraitdə hər hansı fənn üzrə illik qiyməti “2” olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdləri (onların valideynləri və ya qanuni nümayəndələri) illik qiymətin yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) ikinci yarımil üzrə müəyyənləşdirilmiş məmzun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illik balları kimi qəbul edilir və müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.
4. Hər hansı fənn üzrə illik qiyməti “3” və ya “4” olan bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdləri (onların valideynləri və ya qanui nümayəndələri) illik qiymətin yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) ikinci yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin tədris ili üzrə illik balları onun həmin qiymətləndirmədə topladığı ballar və tədris ilinin birinci yarımilik ballarının ədədi ortası kimi hesablanır və müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.
Məsələn, I yarımildə hər hansı fənn üzrə balı “60” olan şagird yenidən qiymətləndirmədə iştirak edərək, “80” bal toplamışsa, onun illik balı “70” bal olur və müvafiq olaraq “4” qiymətinə uyğunlaşdırılır.
5. 2019-2020-ci tədris ilinin 1-ci yarımili üzrə ümumi təhsil müəssisələrində üzrlü və ya üzürsüz səbəbdən dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən II-VIII və X siniflər üzrə təhsilalanların məktəbdaxili qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) I yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə növbəti tədris ili başlayanadək ümumi təhsil ümumi təhsil müəssisələri tərəfindən təşkil edilir. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illikbalları kimi qəbul edilir və müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.
6. 2019-2020-ci tədris ilinin I yarımili üzrə ümumi təhsil müəssisələrində üzrlü və ya üzürsüz səbəbdən dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən IX və X siniflər üzrə təhsilalanların illik balı “30” bal, qiyməti isə müvafiq olaraq “2” müəyyən edilir.
7. Beynəlxalq akkreditə edilmiş proqramlar üzrə və ya xarici ölkələrdə təhsil almış və 2019-2020-ci tədris ilinin II yarımilində dövlət ümumi təhsil müəssisələrində yerdəyişmə etmiş II-VIII və X siniflər üzrə təhsilalanların illikqiyməti ümumi təhsil müəssisələri tərəfindən növbəti tədris ili başlayanadək təşkil edilən qiymətləndirmə nəticəsində müəyyən edilir.
8. Məktəbdaxili qiymətləndirmələr 15-25 avqust 2020-ci il tarixləri arasında ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən edilir.
Bu məktubun 3-7-ci bəndləri üzrə qiymətləndirmənin nəticələri (illik bal və qiymətlər) sinif jurnalında müvafiq fənlər üzrə “Qiymətləndirmə” hissəsində növbəti yanaşı sütunlarda , eyni zamanda “şagirlərin təlim nailiyyətləti nhaqqında yekun məlumat” hissəsində “Payız imtahanı” bölməsində qeyd olunur.
Bütün qiymətləndirmələr yükunlaşdıqdan sonra bütün təhsilalanların bal və qiymətləri sinif jurnalının “şagirdlərin təlim nailiyyətləti haqqında yekun məlumat” hissəsində “saatların miqdarı” bölməsində 2019-2020-ci tədris ilinin I yarımili üzrə dərs saatları qeyd olunur.
Qeyd olunub ki, illik qiymətləndirmənin qeyd olunması prosesi və məktəbdaxili qiymətləndirmələr ümumi təhsil müəssisələri tərəfindən “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə nəzərə alınaraq təşkil edilməlidir. Yəni təhsilalanlar və təhsilverənlər ümumi təhsil müəssisəsinə gələrkən sanitar-epidemoloji qaydalara riayət etməlidirlər (tibbi maksadan istifadə, məsafənin saxlanılması, çox sayda insanın bir gündə gəlməməsi və s.).
Məktubda bildirilib ki, II-VIII və X siniflərdə məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinifə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifədən-sinifə keçirilməsi haqqında müvəqqəti qaydalar”a əsasən tənzimlənir.
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində həyata keçirilən tədbirlər nəzərə alınaraq, Təhsil Nazirliyinin Kollegiyasının 21.05.2020-ci il tarixli KQ-03 nömrəli qərarı ilə "Ümumi təhsil pilləsində təhsil alanların attestasiyasının (məktəbdaxili qiymətləndirilmənin) aparılmasının müvəqqəti qaydası” təsdiq edilib. “Ümumtəhsil pilləsində təhsilalanaların attestasiyasının (məktəbdaxili qiyməıtləndirilmə) aparılmasının müvəqqəti qaydası” 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun22-05-2020 13:15 Təhsilalanların attestasiyasının kimlərə şamil olunmayacağı açıqlanıb
22-05-2020 12:56 Şagirdlərin illik qıymətləndirilməsi belə olacaq
20-05-2020 11:20 İllik qiymətləndirmə nəticəsindən narazı qalan şagirdlər üçün yeni qaydalar haz
20-05-2020 09:55 Şagirdlər arasında keçiriləcək qiymətləndirilmə monitorinq xarakterli olacaq
18-02-2020 10:20 Təhsil nazirindən summativ qiymətləndirmə ilə bağlı yeni QƏRAR
18-02-2020 09:06 Summativ qiymətləndirmənin nəticələrinə yenidən baxılması proseduru dəyişib
- 25-06-2020 10:59 Növbəti buraxılış imtahanları başlayıb
- 19-06-2020 18:00 Yalnız onlayn imtahanların keçirilməsinə icazə verilir
- 19-06-2020 16:19 3 nəfər yüksək hərarətə görə, 2 nəfər telefon keçirdiyinə görə imtahana buraxılmadı
- 19-06-2020 11:34 Bu gün keçirilən imtahanların nəticələrinin məlum olacağı tarix açıqlandı
- 19-06-2020 11:05 Dünya Bankından təhsillə bağlı qorxuducu açıqlama
- 19-06-2020 10:43 Təhsil Nazirliyi: Müsabiqənin bu ilki nəticələri ən yüksək göstəricidir
- 19-06-2020 09:00 Bu gün növbəti buraxılış imtahanları keçirilir
- 18-06-2020 17:46 Müəllimlərin yerdəyişməsinin nəticələri açıqlandı
- 18-06-2020 16:33 Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimin vaxtı uzadıldı
- 18-06-2020 15:42 Qızdırması olan 4 şagird imtahana buraxılmadı, 3-ü zala telefon keçirdi
- 17-06-2020 17:20 İyunun 24-25-də keçiriləcək qəbul imtahanlarının qrafiki elan olunub
- 17-06-2020 15:27 Buraxılış imtahanlarının keçiriləcəyi məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb
- 17-06-2020 14:00 Vakant yer tutmuş namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq
- 17-06-2020 11:04 Ali məktəblərə müsabiqə şərtləri məlum oldu
- 17-06-2020 09:13 Direktorların işə qəbulu müsabiqəsi avqustun əvvəlində keçirilə bilər
- 16-06-2020 15:43 Yalnız ibtidai sinif müəllimlərinin ikinci iş yerində işləməsinə icazə verilmir
- 16-06-2020 11:20 Beş məktəbdə peşə təmayüllü siniflər yaradılıb
- 16-06-2020 11:02 Dövlət ali təhsil müəssisələri lisenziyaya görə rüsumdan azad edilir
- 16-06-2020 10:45 Vətəndaşların qəbulu iyulun 1-dək dayandırılıb
- 16-06-2020 10:12 İyunun 18-19-da buraxılış imtahanları keçiriləcək
- 15-06-2020 13:21 Sabahdan "Dərs vaxtı"nın abituriyentlər üçün yayımına start verilir
- 15-06-2020 11:12 Bu şəxslər iş yerlərinin dəyişdirilməsi üçün müsabiqədə iştirak edə bilməz
- 15-06-2020 09:45 Məktəblərdəki vakansiyaların gizlədilməsi halları var idi
- 13-06-2020 13:35 Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələrinin məlum olacağı vaxt açıqlanıb
- 13-06-2020 10:30 Müəllimlərin işə qəbulu ilə bağlı dəyişiklik edildi