Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2020
17:45
Mixalkov ermənilərin Qarabağa köçürülməsi barədə film çəkəcək

“Ermənilərin İrandan Qarabağa köçürülməsi ilə bağlı filmin çəkilişlərinə başlamağa hazırıq”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında filmin rejissoru və ssenari müəllifi, Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkov deyib.

Onun sözlərinə görə, rus diplomatı və şairi Aleksandr Qriboyedovun həyatından bəhs edən “Qriboyedovun həyatı və ölümü” adlı çoxseriyalı filmin ssenarisi tam hazırdır.

“Biz regionda vəziyyətin sabitləşməsini gözləyirik. Təəssüflər olsun ki, Yaxın Şərqdə vəziyyət sabitləşmək bilmir. Bu səbəbdən də hələ çəkilişlərə başlamırıq. Lakin hər bir hazırlıq görülüb. Əlverişli şərait yaranan kimi filmin çəkilişlərinə başlayacağıq. Bu məsələ məndən asılı deyil. Bircə onu deyə bilərəm ki, biz çəkilişlərə hazırıq”, - deyə N. Mixalkov vurğulayıb.

Rusiyalı kinorejissor filmin çəkilişlərinin Azərbaycanın Qarabağ bölgəsində və İranda çəkiləcəyini qeyd edib: “Filmin çəkilişlərinin Qriboyedovun olduğu yerlərdə, Azərbaycan, İran və Gürcüstanda aparılması planlaşdırılır”.

Məqalədə : Mixalkov Qarabağ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya imtahanın vaxtı açıqlanıb

18

Fevral
11:40
ELM / TƏHSİL
157

Xarici valyutaların manata qarşı məzənnələri

18

Fevral
09:40
İQTİSADİYYAT
327

Dövlət büdcəsində 418 milyon manat qalıq yaranıb

17

Fevral
18:12
İQTİSADİYYAT
366
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2020 12:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru