Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2018
15:51
8880
Millət vəkilimiz Dünya Çempionatında `Real Madrid`ə azarkeşlik edəcək

Bu gün Rusiyanın paytaxtı Moskvada futbol üzrə 2018-ci il dünya çempionatı start götürəcək.

FaktXəbər-in məlumatına görə, XXI mundialın Bakı vaxtı ilə saat 18:30-da başlanacaq açılış mərasimi “Lujniki” stadionunda keçiriləcək.

DÇ-2018-də Avropanı meydan sahibi Rusiyadan əlavə 13 yığma – Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç və Danimarka təmsil edəcək.

Cənubi Amerikadan 5 ölkə - Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru bu hüquqa yiyələnibsə, Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən 3 ölkə - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.

Asiya zonası üzrə 5 komanda - İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı mundialda Afrika da eyni sayda ölkə - Nigeriya, Misir, Seneqal, Mərakeş və Tunislə təmsil olunacaq.

“Report” Milli Məclisin deputatları arasında hansı komandaya azarkeşlik edəcəkləri ilə bağlı sorğu keçirib. Millət vəkilləri fərqli cavablar səsləndiriblər. Amma ən maraqlı cavabı Milli Məclisin üzvü Azər Badamov verib.

Milli Məclisin üzvü Azər Badamov bildirib ki, “Real Madrid” çempion olacaq: “Dünya çempionatını izləyəcəyəm. Favoritim “Real Madrid”dir. O komandanın qalib olacağını düşünürəm. Argentina və Meksika da qalib ola bilər. Bu, artıq sürpriz olar”.

Məqalədə : Real Madrid Azər Badamov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
55

Bir gündə 28 nəfər saxlanılıb

18

May
15:15
HÜQUQ,HADİSƏ
104

Bu il 15 rayonda pambıq əkilib

18

May
14:55
İQTİSADİYYAT
117
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 15:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru