Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Noyabr

2019
12:25
Milli parklarımızda tədbirlər təşkil olunacaq , qoşulmaq sərbəstdir - SİYAHI

Azərbaycanın milli parklarında noyabr ayında müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng tədbirlər keçiriləcək. Qaçış, veloyürüş, atla yürüş, piyada yürüş, həvəskar balıq ovu turniri və macəra turizmi kimi tədbirlərin keçirilməsində məqsəd milli parklarda ekoturizm potensialının təbliği və milli parklara turistlərin marağının artırılmasıdır.

Bunu ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

“Təbiətin füsunkar gözəlliklərindən həzz almaq istəyirsinizsə milli parklarımıza səyahət edin və təşkil olunacaq tədbirlərə qoşulun.

3 noyabr, saat 8:00 – Şirvan milli parkı – həvəskar balıq ovu turniri;

5 noyabr, saat 9:00 – Samur-Yalama milli parkı – milli parkın yaradılması günü ilə əlaqədar açıq qapı günü;

9 noyabr, saat 10:00 – Abşeron milli parkı – qaçış marafonu;

11 noyabr, saat 11:00 – Hirkan milli parkı – veloyürüş;

14 noyabr, saat 11:00 – Göygöl milli parkı – macəra turizmi;

17 noyabr, saat 10:00 – Şirvan milli parkı – quşların müşahidəsi və ornitoloji seminar;

19 noyabr, saat 10:00 – Ağgöl milli parkı – həvəskar balıq ovu turniri;

21 noyabr, saat 10:00 – Şahdağ milli parkı (İsmayıllı bölməsi) – atla yürüş;

23 noyabr, saat 10:00 – Altıağac milli parkı – piyada yürüş marafonu;

27 noyabr, saat 10:00 – Qızılağac milli parkı – həvəskar balıq ovu turniri;

29 noyabr, saat 10:00 – Şahdağ milli parkı (Şabran bölməsi) – ümumdünya təbiəti mühafizə cəmiyyətinin yaranması ilə əlaqədar seminar.

İştirak etmək istəyənlər Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı departamentinin əməkdaşı Aytac Tağıyeva ilə (012) 566-26-10 əlaqə saxlaya bilərlər”.

Məqalədə : Milli Park 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
670

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
203

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
485
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 22:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru