Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Avqust

2019
19:38
2108
Millimizin dünya çempionatına gedəcək heyttəri azçıqlandı

Avqustun 12-dən 18-dək Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı keçiriləcək.

FaktXəbər bildirir ki, bu gün Olimpiya Güləş Mərkəzində mundialda iştirak edəcək heyət açıqlanıb.

Mundialın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq. Böyük məşqçi Əli Əliyev və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında xalça üzərinə Mahir Məmmədzadə (-57 kq), Əsgər Məmmədəliyev (-61 kq), Turan Bayramov (-65 kq), Əşrəf Aşırov (-70 kq), Hacımurad Hacıyev (-74 kq), Əbubəkr Abakarov (-79 kq), Məhəmməd Asiyatilov (-86 kq), Asxab Həmzətov (-92 kq), Temraz İsmayılov (-97 kq) və İslam Abuyev (-125 kq) çıxacaq.

Qadınların yarışında məşqçi Rövşən Umudovun rəhbərliyi altında Şəhanə Nəzərova (-50 kq), Jalə Əliyeva (-62 kq) və Ceyla Nağızadə (-65 kq) mübarizə aparacaq.

Yarışın son günlərində böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında yunan-Roma güləşçiləri uğur qazanmağa çalışacaq.

Heyətdə Zaur Əliyev (-55 kq), Əsgər Əlizadə (-60 kq), Zaur Nuriyev (-63 kq), Adəm Hacızadə (-67 kq), Ülvi Qənizadə (-72 kq), Nəsir Həsənov (-77 kq), Laçın Vəliyev (-87 kq), Xəyal Mehdiyev (-97 kq) və Sərxan Məmmədov (-130 kq) yer alıb.

Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Abdul Nuriyev ədaləti qoruyacaq.

Məqalədə : güləş 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
39

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
67

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
108

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
144

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
135

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
682

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
507
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 15:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru