Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2020
14:27
Milli Məclisin yeni tərkibi rəqəmlərdə

Milli Məclisə seçkilər yekunlaşmaq üzrədir. Artıq Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, 125 dairənin hər biri üzrə lider namizədlər də bəlli olub.

VI çağırış Milli Məclisin tərkibi haqqında maraqlı məlumatları təqdim edirik:

Milli Məclisə keçirilən seçkilərdə ilkin nəticələrə əsasən, Yeni Azərbaycan Partiyasının (YAP) 74, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 3, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) 1, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) 1, Ana Vətən Partiyasının (AVP) 1, Böyük Quruluş Partiyasının (BQP) 1, Vəhdət Partiyasının (VP) 1, Vətəndaş Birliyi Partiyasının (VBP) 1, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) 1 nümayəndəsi lider namizəd elan edilib.

Lider namizədlərin 21-i qadın, 104-ü isə kişidir. Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 41 nəfər bitərəf namizəd qalib gəlib.

Qaliblər arasında 44 yeni sima var.

Eldar İbrahimov və Madər Musayev ardıcıl 7-ci dəfə qanunverici orqana mandat qazanıblar. Onlar ilk dəfə 1990-ci ildə Azərbaycan Ali Sovetinin üzvü seçiliblər.  

Vasif Talıbov, Hadi Rəcəbli, Mixail Zabelin, Fəttah Heydərov, İmamverdi İsmayılov və Fəzail Ağamalı ardıcıl 6-cı dəfə deputat statusu qazanıblar. 

İlkin nəticələrə əsasən, Milli Məclisin yeni tərkibində ən gənc deputat xanımdır. Belə ki, 12 saylı Binəqədi-Yasamal-Qaradağ seçki dairəsindən lider namizəd Səbinə Xasayevanın 26 yaşı var.

Yeni tərkibin ən yaşlı lider namizədi isə Fəttah Heydərovdur. 116 saylı Qəbələ Seçki Dairəsindən deputat seçilən F.Heydərovun 82 yaşı var.

1 saylı Şərur-Sədərək Seçki Dairəsinin lider namizədi Vasif Talıbov 94,6 % səslə 125 dairədən seçilən namizədlər arasında ən yüksək səs faizi ilə qalib gələn yeganə şəxsdir. 79 saylı İmişli Seçki Dairəsinin lider namizədi Razi Nurullayev isə 20,9 % 125 dairədən seçilən namizədlər arasında ən aşağı səs faizi ilə qalib gələn şəxsdir.(Report)

Məqalədə : Milli Məclis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
311

Bakıda uşaq poliklinikasında yanğın söndürülüb

21

Fevral
16:10
HÜQUQ,HADİSƏ
328

MSK-nın iclası başladı

21

Fevral
16:04
ÖLKƏ
321

I sinfə qəbul qaydaları açıqlanıb

21

Fevral
15:42
ELM / TƏHSİL
12233

DİM imtahanın nəticələrini açıqladı

21

Fevral
15:28
ELM / TƏHSİL
2482

22 fevral tarixiniə olan hava proqnozu

21

Fevral
13:36
ÖLKƏ
373
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2020 07:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru