Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

28 Mart

2017
11:12
1125
Milli Qəhrəman Anatoli Nikolayeviç Davidoviçin doğum günüdür

Anatoli Nikolayeviç Davidoviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Minsk vilayətinin Kаpıl rayonunun Skabin kəndində hərbçi ailəsində dünyaya göz açıb. Sonra ailələri ilə birlikdə Slutsk şəhərinə köçən Anatoli burada 10 saylı orta məktəbi bitirib. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya hərbi dairəsində qulluq edib.

1991-ci ilin iyununadək SSRİ, sonra isə MDB ordusunda xidmət edib. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayıb.

"N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi olub. O Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük tövhələr verib. 1992-ci il Ağdam rayonunda qızğın döyüşlər gedən zaman Anatoli bu döyüşlərdə əsl qəhrəmanlıq göstərib. Anatoli Ağdamda gedən döyüşlərdə ağır yaralanır və onu xilas etmək mümkün olmur. Xeyli qan itirdiyindən həkimlərin səyi nəticə vermir. Anatoli 13 iyun 1992-ci il Bakı şəhər Mərkəzi Hospitalında dünyasını dəyişir.

Belarus Respublikasının Slutsk şəhərində dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli 24 saylı fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru