Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2020
17:11
İmişlidə qətlə yetirilən şəxs tanınmış güləşçinin qardaşıdır

İmişlidə törədilən qətllə bağlı yeni təfərrüat məlum olub.

Öldürülən Zaur Əzizov sərbəst güləşçi Emin Əzizovun qardaşıdır.

E.Əzizov hazırda Bakıda yaşasa da, qardaşının itkin düşməsi xəbərini aldıqdan sonra İmişliyə gəlib. Onun da iştirak etdiyi bir neçə günlük axtarışlardan sonra Z.Əzizovun əvvəlcə avtomobilini, sonra isə özünü tapmaq mümkün olub.

Qeyd edək ki, E.Əzizov 66 kq çəkidə ikiqat Azərbaycan çempionu (2011, 2012), Qran-prinin 3 qat qalibi (2008, 2010, 2012), Avropa Çempionatının bürünc medalçısı (2008) olub, eləcə də Azərbaycanı 2008 Yay Olimpiya Oyunlarında təmsil edib.

*** 10:05

İmişli rayonunda qətl hadisəsi törədilib. 

Yanvarın 7-də polis şöbəsinə Kür çayının İmişli rayonu Ağamalılar kəndi ərazisindən keçən hissəsində "QAZ-3110" markalı avtomobilin çaya düşməsi ilə bağlı məlumat daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində avtomobilin İmişli şəhər sakini 1981-ci il təvəllüdlü Əzizov Zaur Mikayıl oğluna məxsus olduğu və onun qətlə yetirildiyi məlum olub.

İlkin ehtimala görə, Zaur Əzizovla tanışı İmişli şəhər sakini 1994-cü il təvəllüdlü Quliyev Elmin Elsəvən oğlu arasında pul üstündə mübahisə yaranıb. Zaur əlindəki bıçaqla Elminə bıçaq xəsarətləri yetirib. Daha sonra Elmin bıçağı Zaurdan alaraq ona qarın və baş nahiyəsindən zərbə endirib. Zaurun ölmədiyini görən Elmin birinciyə məxsus avtomobillə onun üzərindən keçərək öldürüb. Daha sonra meyiti yaxınlıqdakı kolluğun içərisinə atıb. Həmçinin Elmin Zaura məxsus avtomobili hadisə yerindən 1 km aralı məsafədə Kür çayına ataraq hadisə yerindən kənarlaşıb. Meyit hadisə yerindən götürülərək məhkəmə tibbi ekspertizaya təhvil verilib. 

Faktla bağlı cinayət işi açılıb, hadisədə şübhəli bilinən Elmin Quliyev saxlanılıb.(Report)

Məqalədə : İmişli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53755

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51883

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53348

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53098

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58443

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52691

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53087
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-11-2020 12:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru