Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2021
13:18
Mikayıl Cabbarov Azərbaycanın investisiya planlarından danışıb

"Gələn il Azərbaycan hökumətinin əsas prioritetləri islahatlar və rəqabətədavamlı mühitin inkişafı olacaq".

Bunu Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatasının "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti üzrə Sorğu 2021" adlı hesabatının növbəti nəşrinin təqdimatı zamanı bildirib.

“Hazırda ölkədə iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar üçün hələ də böyük potensial mövcuddur”, - deyən nazir xarici şirkətləri müxtəlif layihələrdə, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə iştiraka dəvət edib.

Onun sözlərinə görə, Qarabağda ixtisaslaşmış iqtisadi zonaların yaradılması gözlənilir.

“Sənaye parklarında idxal-ixrac əməliyyatları üçün stimullaşdırıcı tədbirlər, gömrük və vergi güzəştləri tətbiq ediləcək ki, bu da öz növbəsində gələcəkdə ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək”, - M.Cabbarov deyib və əlavə edib ki, bu seqmentdə malların ixrac həcmini 2,2 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq planlaşdırılır.

O, həmçinin COVID-19 pandemiyasının biznesə təsiri haqqında da danışıb: “Təbii ki, pandemiya bütün dünyada biznesə təsir göstərib. Xüsusilə də son il yarım hamı üçün daha çətin keçdi, indi isə hansı planların uğurla icra edildiyini anlamaq vaxtıdır. Azərbaycan üçün isə ötən il təkcə pandemiya ilə deyil, həm də ərazilərin azad olunması ilə səciyyəvi oldu”.

Onun sözlərinə görə, Azərbaycanın mürəkkəb dövrdə özəl sektorun dəstəklənməsi ilə bağlı səyləri, o cümlədən birbaşa investisiyalar və əhalinin sosial təminatı ilə bağlı həyata keçirdiyi tədbirlər hamıya məlumdur: “Bu gün sevinc hissi ilə deyə bilərik ki, ölkədəki biznes dövlət tərəfindən həyata keçirilən tədbirlərə müsbət reaksiya verdi və artıq iqtisadiyyatın bərpası müşahidə olunur. Ölkədə ÜDM-in, həmçinin ixracın artımı müşahidə olunur. Görülmüş tədbirlər nəticəsində cari ilin 6 ayı ərzində vergi yığımları ötən ilin analoji dövrü ilə müqayisədə 13,8% artıb, bu isə proqnozlaşdırılan göstəricidən 23% daha çoxdur".

Məqalədə : Mikayıl Cabbarov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
482

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
608

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
623

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
664

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
670
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 13:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru