Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2021
14:58
Məhəmməd bin Salman İraqa səfər edəcək - KİV

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın yaxın zamanda İraqa səfər edəcəyi gözlənilir. 

Bu barədə "əl-Ərəbi əl-Cədid" İraqdakı mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, dəqiq tarixi məlum olmayan səfər çərçivəsində vəliəhd iki ölkə arasındakı münasibətlərin inkişafı, əmniyyəti və iqtisadi əlaqələri ilə bağlı müzakirələr aparacaq. 

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanının daxili işlər naziri Əbdüləziz bin Səud bin Naif İraqın paytaxtı Bağdada səfər edib. O, səfər çərçivəsində ölkənin bir sıra yüksək vəzifəli rəsmiləri ilə görüş keçirib.  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
929
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 12:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru