Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2019
16:15
761
Metronun qarşısındakı qətlə görə 20 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vəli Əliyev və onunla birgə saxlanılan Füzuli Nəcəfovun cinayət işi üzrə proses başa çatıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Əliyev 17 il, F.Nəcəfov isə 3 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin yanvar ayında Bakıda, metronun “Nizami” stansiyasının yaxınlığında Saatlı rayon sakini, 1996-cı il təvəllüdlü Emin Şəmiyev bıçaqlanaraq öldürülüb.

Qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş 1994-cü il təvəllüdlü Vəli Əliyev və 1990-cı il təvəllüdlü Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar. Füzuli Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

İlkin məlumata görə, hadisəyə tərəflər arasında yaranan mübahisə səbəb olub. Metrodan çıxdıqdan sonra onların mübahisəsi əlbəyaxa davaya çevrilib və E.Şəmiyev ürək nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.(Trend)

Məqalədə : metro qətl 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb

23

Sentyabr
20:23
AİLƏ, SAĞLAMLIQ
111

Bakıda daha bir BÖYÜK LAYİHƏ!

23

Sentyabr
16:07
NƏQLİYYAT
369

Nazirlik qriplə bağlı açıqlama yaydı

23

Sentyabr
15:47
AİLƏ, SAĞLAMLIQ
254

Sürücülər dizel yanacağından narazıdır

23

Sentyabr
15:44
MÜNASİBƏT
235

Azərbaycanda elektrik enerjisinin istehlakı artıb

23

Sentyabr
15:29
İQTİSADİYYAT
261

Azərbaycanda yeni medal təsis edilir

23

Sentyabr
15:15
ÖLKƏ
258

Günün qarşılaşmaları TV AFİŞA

23

Sentyabr
14:22
İDMAN
318

Sabah Azərbaycanda 28 dərəcə isti olacaq

23

Sentyabr
12:53
ÖLKƏ
271

Bakıda avtobus drenaj xəttinə düşüb - FOTO

23

Sentyabr
12:43
NƏQLİYYAT
282
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 22:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru