Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2018
14:39
7373
Metroda intiharların qarşısını belə almaq olar - VİDEO

“Bu həftə Bakı metropolitenində iki nəfər gənc özünü relslər üstünə ataraq həyatına qəsd etdi. İki nəfər gənc həyatdan köçsə də, ailələrinə illərlə çəkəcək böyü bir ağrı qoyub getdilər”.

FaktXəbər-in məlumatına görə, bu sözləri millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədəki hesabında yazıb. “Vaxtında onlara psixoloji dəstək olmaqla faciələrin qarşısını almaq olardı” deyən deputat, gələcəkdə belə hadisələrin təkrarlanacağını istisna etməyib: “Xaricdə bu problemin həllini artıq tapıblar və metro stansiyalarda qatar platformalarında qurulan qurğular sui-qəsdlərin qarşısını tam ala bilir.

Platformalarda bütün xətt boyu şəffaf divar çəkilir və aralarında olan qapılar ancaq qatar platformada dayandıqdan sonra açılır. Belə sistem Rusiyanın Sankt-Peterburq, Koreyanın Seul və Çinin Tayvan adasının mərkəzi Taybey şəhər metrolarında qurulub. Bu yaxınlarda onlar Belarusun paytaxtı Minsk şəhər metrosunda da qurulacaq. Belə sistemi Bakı metrosunda da qurmaq olardı”.

Məqalədə : metro intihar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-04-2018 06:22

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status