Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2019
08:29
Messi 6-cı dəfə `Qızıl top`u qazandı

"France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının builki sahibi müəyyənləşib.

Qalibin adı Parisin "Teatr ve Opera Binası"nda keçirilən mərasimdə açıqlanıb. Bu, Argentina millisinin və "Barselona"nın kapitanı Lionel Messidir. 32 yaşlı hücumçu karyerası ərzində rekord sayda - 6-cı dəfə bu mükafata layiq görülüb. Bununla da o, "Qızıl top" sayında "Yuventus"un hücumçusu Kriştiano Ronaldonu geridə qoyub.

Qeyd edək ki, "Qızı top"a əsas namizəd kimi Messidən başqa, Kriştiano Ronaldo ("Yuventus", Portuqaliya) və Vircil van Deyk ("Liverpul", Niderland) də göstərilirdi.

“Qızıl top”a namizədlərin ilk 10-luğu belədir:

1. Lionel Messi (Argentina, “Barselona”)

2. Vircil van Diyk (Niderland, “Liverpul”)

3. Kristiano Ronaldo (Portuqaliya, “Yuventus”)

4. Sadio Mane (Seneqal, “Liverpul”)

5. Məhəmməd Salah (Misir, “Liverpul”)

6. Kilian Mbappe (Fransa, PSJ)

7. Alisson Bekker (Braziliya, “Liverpul”)

8. Robert Levandovski (Polşa, “Bavariya”)

9. Bernardo Silva (Portuqaliya, “Mançester Siti”)

10. Riyad Mahrez (Əlcəzair, “Mançester Siti”)

Məqalədə : Messi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
341

Tramp impiçment istədi

06

Dekabr
11:43
DÜNYA
281
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 15:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru