Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2019
12:26
869
Meksikada əsgər və polisə benzin satışı qadağan edilib

Meksika federal prokurorları ölkənin şimal-şərqindəki Tamaulipasta vilayətinin benzin stansiyalarının ordu və polis maşınlarına benzin vurmaqdan imtina etdiyinə dair şikayətlər aldıqlarını açıqlayıblar.

FaktXəbər-in məlumatına görə, problemin mərkəzinin, ABŞ-ın Texas ştatının Laredo şəhəri sərhədindəki Nuevo Laredo şəhəri olduğu bildirilib.

Baş prokurorluqdan bildiriblər ki, xidmətin rəddinə dair cinayət işi açılıb.

Jurnalistlər Meksika prezidenti Andres Manuel Lopez Obradora silahlı narkotik tacirlərinin ordu və polis mənsublarına benzin satan stansiyaları təhdid etdiyi istiqamətindəki xəbərlərə dair sual ünvanlayıb. Lopez Obrador cavabında, cinayət işinin yəqin ki, benzin stansiyalarının sahiblərini hədəf alacağını bildirib.

Tamaulipasta aksiyalar keçirən "Zetas" başda olmaqla narkotik kartelləri hərbi bazalara və patrul dəstələrinə hücumlar təşkil edir.

Kartel üzvləri tez-tez saxta hərbi uniforma geyinir, böyük dəstələrlə hərəkət edir, zirehli maşınlardan istifadə edir və prospektlərdən maşınların hərəkətini dayandırırlar.

Məqalədə : Meksika 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
183

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
205

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
369

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
207

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
263
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 00:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru