Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2020
10:09
Müdafiə naziri təlimlərin keçirildiyi cəbhə bölgəsinə gedib - VİDEO

Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində cəbhə bölgəsində olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti səhra şəraitində ərazidə açılmış komanda idarəetmə məntəqəsində olublar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qoşunların döyüş fəaliyyətinin təşkilini yoxladıqdan sonra Müdafiə naziri əməliyyatların planlaşdırılması, təminat, döyüşü idarəetmə, artilleriya, kəşfiyyat, hava hücumundan müdafiə və digər qoşun növlərinin idarəetmə qruplarına baş çəkib, idarəetmə orqanlarının fəaliyyəti ilə bağlı müvafiq göstərişlər verib.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissələrdəki hərbi texnikanın döyüş qabiliyyətini yoxlayıb. General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.

Ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçuların xidməti məişət şəraiti ilə maraqlanan Müdafiə naziri onlarla çay süfrəsi arxasında söhbət aparıb.

Məqalədə : Müdafiə Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiyada helikopter sərt eniş edib

26

May
09:44
DÜNYA
397

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
316

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
233

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
271
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2020 23:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru