Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 May

2021
15:41
Müdafiə naziri işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissədə olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissədə olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Zakir Həsənov bölmələrdə aparılan işlərlə tanış olaraq hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb. Müdafiə naziri şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən müdafiə naziri hərbi qulluqçularla birgə nahar süfrəsi arxasında söhbət aparıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
130

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
238

Azərbaycan nefti ucuzlaşıb

18

İyun
10:57
İQTİSADİYYAT
265

İranda prezident seçkiləri keçirilir

18

İyun
09:43
DÜNYA
250

Neftin ucuzlaşması davam edir

18

İyun
09:22
İQTİSADİYYAT
272

AMB-nin valyuta məzənnələri

18

İyun
09:11
İQTİSADİYYAT
450
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2021 18:23





  [email protected]m

Valyuta.com

Рейтинг@Mail.ru