Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2021
13:03
Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna 4 aylıq moratorium qüvvəyə minir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri moratoriumun qüvvədə olduğu dövrdə balıq ovlamamağa və qaydalara əməl etməyə çağırıb.

O qeyd edib ki, balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək və bu müddətdə balıq ovu ilə məşğul olan hər kəsi balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə dəvət edirik.

Nazirlik rəsmisi icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə Su Nəqliyyatında Polis İdarəsi ilə birlikdə ölkənin daxili su hövzələrində “Təmiz hövzələr” aksiyasının həyata keçirildiyini də vurğulayıb.

H.Əlizadə bu aksiyaların ölkənin bütün sututarlarında davam etdirildiyini, may ayından isə Xəzər dənizində keçiriləcəyini balıq ovu ilə məşğul olanların diqqətinə çatdırıb.

Məqalədə : moratorium 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən ucuzlaşıb

14

May
09:45
DÜNYA
291

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
572
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-05-2021 11:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru