Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2019
12:18
1141
Maştağa sakininin həyətindən 921 kq narkotik vasitə aşkarlanıb

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Əhməd Quliyev saxlanılıb.

Ona məxsus bağ evinin həyətindəki ümumi sahəsi 880 kvadratmetr olan 2 ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yoli ilə yetişdirilən çəkisi 921 kiloqram olan 4021 ədə çətənə kolu aşkar olunaraq götürülüb. Ə.Quliyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib. Saxlanılan şəxsin məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub. İstintaq zamanı Ə.Quliyevin paytaxt və eləcə də bölgələrdə narkotik maddələrin satışını həyata keçirən narkotacir olduğu məlum olub.

Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. 

Məqalədə : Maştağa narkotik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

23

Sentyabr
14:22
İDMAN
132

Sabah Azərbaycanda 28 dərəcə isti olacaq

23

Sentyabr
12:53
ÖLKƏ
101

Bakıda avtobus drenaj xəttinə düşüb - FOTO

23

Sentyabr
12:43
NƏQLİYYAT
133

Narkobarondan 1 kq-dan artıq heroin götürüldü

23

Sentyabr
12:20
HÜQUQ,HADİSƏ
168

Ən təhlükəli parollar sadalanıb

23

Sentyabr
12:11
MARAQLIDIR
166

Azərbaycana Rusiyadan 7 ton pendir idxal edilib

23

Sentyabr
11:22
İQTİSADİYYAT
226

DİN: Həftəsonu yol qəzalarında 2 nəfər ölüb

23

Sentyabr
10:40
HÜQUQ,HADİSƏ
166
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 15:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru