Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2010
17:14
MASKALILAR BAKIDA MƏKTƏBƏ BASQIN ETDİLƏR
Naməlum şəxslər gözətçini döydü, direktorun otağını isə qarət etdilər

Bookmark and Share

Paytaxtda yerləşən orta məktəbin birinə maskalı şəxslər basqın ediblər. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən musavat.com-a daxil olan məlumata görə, martın 31-dən aprelin 1-nə keçən gecə saat 02 radələrində bir neçə maskalı şəxs Özbəkistan küçəsində yerləşən 12 saylı məktəbə basqın edərək məktəbin gözətçisi Famil Tağıyevi döyüblər. Sonra naməlum şəxslər onun əl-qolunu bağlayaraq məktəbdə axtarışa başlayıblar. Cinayətkarlar məktəb direktorunun otağındakı avadanlıqları götürərək hadisə yerindən qaçıblar. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxslərin müəyyən edilib yaxalanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bakı Şəhər üzrə Təhsil İdarəsinin ictimayyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı musavat.com-a açıqlamasında məlumatı təsdiqləyib: “Hadisə gecə saat 03:00 radələrində baş verib. Məktəbin gözətçisi Famil Tağıyev məktəbin işıqlarının sönməsindən şübhələnərək 2-ci mərtəbəyə qalxıb. Çünki məktəbin elektrik şitləri 2-ci mərtəbədə yerləşir. Gözətçi keçmiş polis əməkdaşı olub. O 2-ci mərtəbəyə qalxanda 3 nəfər maskalı şəxs ona hücum edərək onu döyüblər. Həmin şəxslər onun əllərini bağlayıblar, ağzına isə skoç yapışdırıblar ki, səs-küy sala bilməsin. Sonra naməlum şəxslər 2-ci mərtəbədəki otaqların birindən 1 ədəd faks, 1 ədəd noutbuk və 1 ədəd videopleyer aparatını götürüb qaçıblar. Bir müddətdən sonra gözətçi qollarını aça bilib və dərhal hadisə haqda məktəb direktoru Əli Alıyevə məlumat verib. Direktor polis əməkdaşları ilə birlikdə dərhal məktəbə gəlib. Məlum olub ki, naməlum şəxslər məktəbin labotoriya otağına da daxil olublar. Ancaq oradan heçə aparmayıblar”.
Hazırda polis əməkdaşlarının araşdırma apardıqlarını deyən Z.Əliqızı bildirdi ki, hələlik hadisə ilə bağlı saxlanılan yoxdur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 09:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com