Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Mart

2020
12:53
Maska alveri edənlərdən biri Riad Məmmədov imiş... - VİDEO

Daxili İşlər Nazirliyi bir neçə gün öncə koronavirus epidemiyası ilə bağlı tibbi maska qıtlığı yaranan ərəfədə ölkədən 1 milyondan çox maska çıxarmaq istəyən şəxsləri saxlamışdı.

Onların arasında “Avromed” şirkətinin baş direktoru Əzizə Baxşıyevanın həyat yoldaşı Riad Məmmədov olub.

R.Məmmədov Bakıda aptek şəbəkəsinə rəhbərlik edir. 

Əldə etdiyimiz məlumata görə, R.Məmmədov həbs edilməsə də, bu işlə bağlı araşdırmalar davam etdirilir. Yekunda o və onunla birgə saxlanılanların əməlinə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, DİN-in sözügedən əməliyyatla bağlı yaydığı açıqlamada qeyd olunurdu ki, son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək  qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, içərilərində xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb.

Xatırladaq ki, Əzizə Baxşıyeva martın 5-də “Real” TV-yə müsahibə verərək ölkədə yaranan maska qıtlığından danışaraq bütün ölkəni lazımi qədər maska ilə təmin etdiklərini bildirmişdi. O qeyd edib ki, insanlara lazım olandan daha çox maska alıb evə yığdığı üçün bu sahədə çətinlik yaranıb. Lakin onun əri Riyad Məmmədov 1 milyondan çox maskanı alıb kirayəyə götürdükləri evdə saxlayaraq qıtlıq yaratmaqda ittiham edilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47846

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45941

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47555

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47151

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52726

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46777

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47224
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-10-2020 11:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru