Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2018
16:56
Masallıda nəhəng qartal tutulub - FOTO

Masallıda qeyri-adi qartal tutulub. Rayonun Xırmandalı kənd sakini Anar Qurbanov itmiş atını axtarmağa gedərkən özlərinə məxsus otlaq sahəsində qartalla rastlaşıb.

Qartal qanadından yaralı olduğundan uça bilmirmiş. A. Qurbanov quşu evinə aparıb. Kənd sakini üç gün əvvəl tutduğu yırtıcı qartalı ətlə qidalandırır. Eyni zamanda quşu müalicə etdirə də bilmədiyindən aidiyyəti qurumlardan qartalı ondan təhvil almasını istəyir. 

Masallının Xırmandalı kəndi dağlıq ərazi olmadığından burada qartala nadir hallarda rast gəlinir.

Qeyd edək ki, qızılquşlar fəsiləsinə aid olan qartalın dünyada 290, Azərbaycanda isə 36 növü var.(Apa)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : masallı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 20:03



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com