Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2019
11:57
İmam Əli (ə) ilə Xanım Fatimeyi-Zəhranın (s.ə) izdivac günüdür

İslam dinində hər bir müsəlman başqaları ilə bərabərdir və bir müsəlmanla ailə quran müsəlman qadın öz şənində olan kişi ilə həyat əhd-peymanı bağlayır. Amma ruhi, mənəvi və fikri nöqteyi-nəzərdən araşdırdıqda, qadınların çoxunun bəzi kişilərin və əksinə, tayı olmadığı aydın olur. Ali, insani və əxlaqi səciyyələrə, həmçinin dərin elmə və biliyə malik olan nəcib və şərafətli müsəlman kişilər ruhiyyə və əxlaqi səciyyələrdə onlara tay və oxşar olan qadınlarla ailə qurmalıdırlar. Bu qanun yüksək əxlaqi fəzilətlərə, dərin düşüncə və biliyə malik olan ismətli və təqvalı qadınlara da aiddir. Evlənib ailə qurmaqda olan ümdə məqsəd – yəni, həyat boyu ruhi aramlıq, arxayınlıq və rahatlıq bu məsələyə riayət etmədən təmin olunmaz və bu halda həyat mühitinə bir növ əxlaqi uyğunluq, ruhi bərabərlik və cazibə hakim olmayınca qurulan ailə lazımi davamlılıqdan bəhrələnməyəcək. 

Aydındır ki, onun şəninə layiq olmaq məqam və ruhi cəhətdəndir.

O zaman Əlinin (ə) varı-yoxu yalnız qılıncı və zirehli paltarı idi. Bunların vasitəsi ilə Allah yolunda cihad edirdi. Bir dəvəsi də var idi ki, onunla Mədinə bağlarında işləyirdi. Elçilik və əqd oxunma mərasimindən sonra əziz həyat yoldaşı üçün zəruri olan mənzil avadanlığı təşkil etməyin və Peyğəmbərin qızı ilə olan müştərək həyata başlamağın yollarını araşdırdı. Peyğəmbər (s) razılaşdı ki, Əli (ə) öz zirehli paltarını satsın. 

Zireh dörd yüz dirhəmə satıldı. Peyğəmbər (s) onun bir qədərini Bilala verdi ki, Zəhra (ə) üçün ətir alsın. Qalanını isə Əmmar Yasir və öz dostlarından bir neçəsinə verdi ki, Əli və Zəhra üçün ev əşyaları alsınlar.

Zəhranın (ə) cehizlərindən islamın böyük qadınının həyat şəraitini yaxşıca dərk etmək olar. Peyğəmbərin (s) göndərdiyi adamlar bazardan qayıtdılar. Onların Zəhra (ə) üçün aldıqları şeylər aşağıdakılar idi:

1) Bir köynək (7 dirhəm),

2) Bir örpək (1 dirhəm),

3) Bütün bədəni örtməyən bir dəsmal,

4) Taxta və xurma lifindən hazırlanmış taxt,

5) Biri xurma lifindən, biri isə yundan olan iki döşək,

6) Dörd ədəd balış: ikisi yundan, ikisi isə xurma lifindən,

7) Pərdə,

8) Hicri həsir,

9) Əl dəyirmanı,

10) Böyük teşt,

11) Su tuluğu (dəridən),

12) Süd üçün taxta kasa,

13) Su üçün taxta qab,

14) Aftafa,

15) Böyük mis qab,

16) Bir neçə kuzə,

17) Gümüş qolbağı.

Peyğəmbərin dostları aldıqları şeyləri gətirib təqdim etdikdə, o həzrət qızının ev vəsaitlərinə baxa-baxa buyurdu: "İlahi, qab-qacaqlarının çoxunu saxsı təşkil edənlərin həyatını mübarək et!"

Peyğəmbərin (s) qızının mehriyyəsi beş yüz dirhəm idi ki, hər dirhəm bir misqal gümüşə barəbər idi. Peyğəmbəri-Əkrəmin (s) əziz qızının toy mərasimi çox sadə keçirildi. 

Peyğəmbər buyurdu: "Ya Əli, Allah sənin Rəsulullahın qızı ilə olan izdivacını mübarək etsin. Fatimə necə yaxşı həyat yoldaşıdır!"

Sonra isə üzünü Fatiməyə tutub dedi: "Əli çox gözəl həyat yoldaşıdır! Pərvərdigara, bu mənim qızımdır və camaatın içində mənə ən sevimli olan bir kəsdir. Pərvərdigara, bu da mənim qardaşım və camaatın içində mənə ən əziz olan bir şəxsdir. İlahi, bunların məhəbbət tellərini daha da möhkəmləndir!"

Məqalədə : İmam Əli Fatimeyi Zəhra 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
408

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
296

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
301

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
277

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
402

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
381

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
581
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-12-2019 18:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru