Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Oktyabr

2016
15:14
İmam Hüseynin (ə) mübarək başı harada dəfn olunub ?

Həzrət İmam Hüseynin (ə) mübarək başının harada dəfn olunması haqqında müxtəlif fikirlər var. Kərbəla, Nəcəf, Kufə, Mədinə, Şam, Rəqqə, Misir həzrətin başının dəfn olunmasının ehtimal edildiyi yerlərdir.

Onun Kərbəlada dəfn olunması şiə alimlərinin nəzərincə ən geniş yayılmış fikirdir. Əllamə Məclisi bu baxışı təsdiq edən rəvayətlər nəql edir. (Biharul-ənvar, c. 45, səh. 145.)  Şeyx Səduq Hüseynin bacısı Fatimənin dilindən nəql edir ki, Hüseynin başı Kərbəlada bədəni olan qəbirdə dəfn olundu. Seyid ibn Tavus, Qital Nişaburi, Şeyx Səduq, Şeyx Bəhayi və bəzi başqa alimlər belə hesab edirlər ki, İmam Hüseynin (ə) mübarək başının bədəni ilə dəfni ilahi möcüzə şəklində baş verdi.

Tarixi mənbələrə əsasən Əhlibeytin (ə) əsirləri Şama gedib orada Yezidin iç üzünü açıb ağardandan sonra yenidən Kərbəlaya qayıdaraq İmam Hüseynin (ə) qırxı yəni ərbəində Kərbəlaya çatırlar. Buna əsasən də İmam Səccad (ə) o mübarək başı özü ilə Kərbəlaya gətirdi fikrində olanlar da çoxdur. Necə ki, Şeyx Səduq və ondan sonra Qital Nişaburi bu haqda belə yazır: Əli bin Hüseyn əleyhissalam xanımlarla birlikdə (Şamdan) çıxaraq İmam Hüseynin (ə) başını Kərbəlaya qaytardı.(Şeyx Səduq, əl-Əmali, 31-ci məclis səhifə 232. Qital Nişaburi, Rovzətul Vaizin səhifə 192.)

Bəzi mənbələrdə bildirilir ki, kəsilmiş baş üç gün Dəməşq darvazasında asıldıqdan sonra onu endirib, Süleyman ibn Əbdülməlikin zamanınadək xüsusi bir yerdə saxladılar. Süleyman İmam Hüseynin (ə) mübarək başını Dəməşq qəbiristanında dəfn etmişdir. Onun canişini Ömər ibn Əbdüləziz yenidən dəfn olunmuş başı qəbirdən çıxartdı. Şəriətə zahirən ehtiram göstərən Ömər ibn Əbdüləziz, güman ki, başı Kərbəlaya göndərmişdir. 

Qəzvini bu haqda belə yazır: Səfər ayının birinci günü Bəni Üməyyənin bayram günü idi çünki həmin gündə İmam Hüseynin (ə) başını Dəməşq şəhərinə daxil etdilər və həmin ayın iyirmisi onun başını bədəninə qaytardılar. (Zəkəriyya Məhəmməd ibn Mahmud Qəzvini, Əcaibul-Məxluqat vəl heyvanat və qəraibul movcudat, səhifə 45.)

Bura qədər deyilən nəzərlər şiə alimləri arasında məşhur olan nəzrlət idi. Bu haqda bundan başqa nəzərlər də var ki, onlardan bir neçəsini siz dəyərli oxuculara çatdırırıq. 

Sünni alimlərinin məşhur nəzəri budur ki, Mübarək baş Bəqi qəbristanlığında dəfn olunub. Başqa bir nəzər budur ki, mübarək baş Nəcəfi Əşrəfdə Əmirəl-möminin Əli əleyhissalamın qəbrinin yanında dəfn olunub. Üçüncü nəzər Rəqqə məscidi Fərat çayının kənarında. Dördüncü nəzər Dəməşq şəhərində Babus-Səğirə qapısında və yaxud Misirin Qahirə şəhərində dəfn olunduğunu deyənlər də var.(Həmid Əhmədi Culfai, Aftabe karevan (Karvan günəşi), 2005-ci il, ikinci çap.)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Şərhlər
Ali Cebrayilzade tərəfindən 24-10-2016 06:30:00 tarixində yazıldı
м3
Ən dəqiq məlumatlara görə o həzrətin mübarək başı imam Zeynəl abidin tərəfindən Kərbəla da həzrətin mübarək məzarın da dəfn olunub
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 09:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com