Tarix:20-04-2017 18:11
Mal-qara, televizor, kompüter girov qoyaraq kredit götürmək mümkün olacaq
Şərh yaz
Azərbaycanda vergi, məcburi dövlət sosial sığorta haqları, gömrük borcu olan şəxslər öhdəliklərini yerinə yetirmədikləri təqdirdə onlara məxsus daşınar əmlak üzərindəki mülkiyyət və digər əşya hüquqları məhdudlaşdırıla bilər. "APA-Economics" xəbər verir ki, bu, "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsində əksini tapıb.
 
Qanun layihəsinə əsasən, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir.
 
Layihədə qeyd olunub ki, daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. Vergi orqanı tərəfindən vergi borclarının, onlara hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının vergi ödəyicisinin milli və xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması və ya dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilməsi, vergi orqanı tərəfindən vergi borcları, onlara hesablanmış faizlər və tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin siyahıya alınması, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının sığortaedənin cari, valyuta və digər hesablarından həmin orqanın hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verməsi, gömrük orqanı tərəfindən vaxtında ödənilməmiş gömrük borclarının ödəyicidən tutulması üçün vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericilikdə müəyyən edilmiş qaydalarına uyğun olaraq, banka icra (ödəniş) sənədi verməsi, gömrük orqanı tərəfindən həm mövcud, həm də yarana biləcək gömrük borclarına görə təminat götürməsi dövlət və bələdiyyə yüklülüyünə daxildir.
 
Qanun layihəsində daşınar əmlakın yüklülük sahiblərinin tələblərinin ödənilməsi, yüklülük predmetinin özgəninkiləşdirilməsi, yüklülük predmetinin satış üsulları, əldə olunan gəlirin bölüşdürülməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestri və yüklülüyün qeydə alınması qaydaları əksini tapıb.
 
Qeyd edək ki, "Daşınar əmlakın yüklülüyü haqqında qanun" layihəsinə əsasən kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər. Bu zaman həmin əmlaklarla bağlı məlumatlar, onların göstəriciləri qeydə alınacaq və reyestrə ötürüləcək. Beləliklə, istənilən kredit təşkilatı daşınar əmlakı girov kimi qəbul etməzdən əvvəl reyestr vasitəsilə bu əmlakın üzərində yüklülüyün olub-olmadığını aydınlaşdıra biləcək. Ekspertlər hesab edir ki, bu qanunun qəbulundan və tətbiqindən sonra bankların girov kimi qəbul etdiyi daşınar əmlakın sayının 2 dəfə artacaq, kiçik və orta biznesə kredit qoyuluşunda nəzərəçarpacaq irəliləyiş olacaq.
 
Qanun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcək.
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Mal-qara, - televizor, - kompüter - girov - qoyaraq - kredit - götürmək - mümkün - olacaq -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:20-04-2017 18:11 - Oxundu: 175
İqtisadiyyat
28-04-2017 17:22 Dolların mayın 1-nə olan məzənnəsi açıqlanıb
28-04-2017 09:38 Mərkəzi Bankın valyuta məzənnələri - CƏDVƏL
28-04-2017 09:27 2025-ci ilədək Azərbaycanda neft hasilatı PROQNOZLARI
27-04-2017 20:48 Dolların sabaha olan məzənnəsi açıqlanıb
27-04-2017 13:51 Quba almalarının İrəvana müdaxiləsi - VİDEO
27-04-2017 13:28 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb
27-04-2017 11:27 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
27-04-2017 09:45 Azərbaycan neftinin qiyməti 54 dolları ötüb, qızıl bahalaşıb
27-04-2017 09:31 AMB-nin rəsmi valyuta məzənnələri
26-04-2017 20:41 Dolların sabaha olan məzənnəsi açıqlanıb
26-04-2017 10:15 Qızıl ucuzlaşıb, neft bahalaşıb
25-04-2017 17:09 Dolların sabaha olan məzənnəsi açıqlanıb
25-04-2017 10:50 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
25-04-2017 10:31 "Bazarda stabilliyin qorunması üçün neft hasilatı azaldılmalıdır"
25-04-2017 09:40 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
24-04-2017 21:54 Azərbaycan Qazaxıstana Naftalan məlhəmi ixrac edə bilər
24-04-2017 21:38 II Dünya müharibəsi iştirakçılarına 1000 manat birdəfəlik maddi yardım veriləcək
24-04-2017 17:24 Aprelin 25-nə manatın məzənnəsi
24-04-2017 12:26 Azərbaycandakı bahalaşma rəqəmlərdə - CƏDVƏL
24-04-2017 11:35 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
24-04-2017 09:43 Mərkəzi Bankın valyuta məzənnələri
22-04-2017 21:54 Azərbaycanda ət ucuzlaşdı - VİDEO
22-04-2017 14:12 Deputat: "Qiymətlər süni olaraq artırılır"
22-04-2017 12:27 "Qara bazar"da dolların qiyməti bahalaşdı
22-04-2017 11:08 Qızıl bahalaşıb, neft ucuzlaşıb
21-04-2017 17:32 Manatın 3 günlük məzənnəsi AÇIQLANDI
21-04-2017 11:47 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
21-04-2017 11:08 Rusiyada ən varlı qadınlar - FOTO
21-04-2017 10:54 Krediti olanlar sosial ev ala biləcəklərmi? - CAVAB
21-04-2017 09:38 Mərkəzi Bankın valyuta məzənnələri
21-04-2017 09:37 Bakıda kirayədə qalanlar, QİYMƏTLƏR dəyişdi
21-04-2017 09:23 Qızıl ucuzlaşıb, neft bahalaşıb
20-04-2017 18:11 Mal-qara, televizor, kompüter girov qoyaraq kredit götürmək mümkün olacaq
20-04-2017 15:28 Azərbaycanda bankların sayı 20-dək azalacaq
20-04-2017 15:16 Bağlanan 11 bankın əmanətçilərinə 727,5 mln. manat ödənilib
20-04-2017 14:14 İnflyasiya rekord həddədir
20-04-2017 13:05 Bugünkü hərracda dollar öz dəyərini saxlayıb
20-04-2017 11:57 Valyutadəyişmə məntəqələri niyə açılır? - Səbəb açıqlandı
20-04-2017 11:56 Ən varlı 200 rusiyalı biznesmenin reytinqi açıqlandı - SİYAHI
20-04-2017 10:19 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
20-04-2017 09:27 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
19-04-2017 21:12 Gənclər Fonduna 3 milyon manat ayrılıb
19-04-2017 20:23 Dolların sabaha olan məzənnəsi açıqlanıb
19-04-2017 15:44 Xarici meyvə və tərəvəz "yerli" idxalın statistikasını doldurub
19-04-2017 11:46 Azərbaycanda bu şəxslər "exchange" aça biləcəklər
19-04-2017 10:33 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
19-04-2017 09:35 Neft və qızıl ucuzlaşıb
19-04-2017 09:25 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri - CƏDVƏL
18-04-2017 20:35 Mənzillərin kirayə haqqı bahalaşıb
18-04-2017 11:44 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
18-04-2017 09:53 Mərkəzi Bankın valyuta məzənnələri CƏDVƏL
18-04-2017 09:35 Neft cuzi bahalaşıb, qızıl ucuzlaşıb
17-04-2017 13:28 Prezident: "İqtisadiyyatımızı ancaq islahatlar hesabına inkişaf etdirəcəyik"
17-04-2017 11:12 Nazirlik: "İş yerinə dair arayış" xidmətinə müraciətlərin sayı 47% artıb
17-04-2017 10:38 "Fitch" Azərbaycan büdcə kəsirindən yazıb
17-04-2017 09:34 Manatın bugünkü MƏZƏNNƏSİ
15-04-2017 21:53 Azərbaycan meyvə-tərəvəz ixracını 73% artırıb
15-04-2017 13:26 Azərbaycanın avtomobil bazarında kəskin BAHALAŞMA
15-04-2017 11:49 Azərbaycan bankları zərərlə işləməyə davam edəcək
15-04-2017 10:40 Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi yaradıldı- Naxçıvanda

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az