Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2021
15:11
Mahmud Vaezi: `İran-Azərbaycan əlaqələri strateji səviyyəyə yüksəlib`

İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayev ilə görüş keçirib. 

Bu barədə İRNA agentliyi xəbər verib.

Görüşdə Vaezi iki ölkənin etnik, mədəni və tarixi ortaqlıqlarına işarə edərək, İran-Azərbaycan əlaqələrinin bütün cəhətlərdə strateji səviyyəyə yüksəldiyini bildirib:

"İran müxtəlif zaman kəsiklərində və bütün həssas şəraitlərdə Azərbaycan Respublikasının dövləti və xalqının kənarında olub və iki ölkə arasında bütün sahələrdə möhkəm əlaqələr mövcuddur. ABŞ-ın sanksiyaları səbəbindən dayandırılmış layihələrin icrasına hazırlaşmaq və onları millətlərimizin mənafeləri naminə səfərbər etmək üçün əlverişli şərtlərimiz var".

Şahin Mustafayev öz nəvbəsində, İran İslam Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi ölkəsinin xarici siyasətinin prioriteti olduğunu vurğulayıb.

O, həmçinin bildirib ki, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı və turizm daxil olmaqla müxtəlif sahələrdə böyük potensialımız var və bunları qiymətləndirməkdə qərarlıyıq..

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ Husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
220

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
645

AMB-nin valyuta məzənnələri

25

İyun
09:14
İQTİSADİYYAT
685
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 11:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru