Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 May

2019
17:28
1016
Magistraturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzinin 2019/2020-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirdiyi qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.

Mərkəzdən FaktXeber.com-a verilən məlumata görə, imtahanda iştirak edən bakalavrlar DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_... keçidinə daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda 8559 bakalavr iştirak edib. 54 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 1 nəfər ən yüksək nəticə 147 bal toplayıb. Xatırladaq ki, toplanıla biləcək maksimal bal 150-dir.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 7-dən 18-dək internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Müsabiqə şərtləri ilə buradan tanış ola bilərsiniz.

Məqalədə : magistratura 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
14

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
48

DİN sürücülərə müraciət edib

22

Avqust
11:06
HÜQUQ,HADİSƏ
110

Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər

22

Avqust
09:30
HÜQUQ,HADİSƏ
142

Tovuzda pensiya kartı ölümə səbəb oldu

22

Avqust
09:12
HÜQUQ,HADİSƏ
154
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 12:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru