Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2010
14:20
MİLLİ QƏHRƏMAN - ATAKİŞİYEV ASLAN QABİL oğlu
Azərbaycan Respubliksası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Atakişiyev Aslan Qabil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bookmark and Share

1953-cü il avqustun 16-da Qubadlı rayonunda anadan olmuşdur. 1960-cı ildə burada birinci sinfə getmiş 1970-ci ildə məktəbi bitirmişdir. 1972-74 cü ilərdə hərbi xidmətdə olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Qubadlı rayonunda müəllimliyə başlamışdır. Aslan erməni quldurlarının doğma torpaqlarımızda törətdikləri vandalizmi gördükdə qəlbi intiqam hissi ilə alovlanır o bölgə alayına yazılır. 1992-ci il o Milli Ordu sıralarına yazılır leytenant rütbəsi ilə komandir müavini təyin olunur. Aslan Laçın rayonu uğrunda gedən döyüşlərdə Mazutlu, Səfiyan, Türklər, Suarası kimi kəndlərdə əsl qəhrəmanlıq göstərir. 1992-ci il... Avqustun 7-də əsgərlərimiz Laçın dəhlizi ərazisində və Susuzdağ yüksəkliyində erməni qəsbkarlarının mövqelərini atəşə tutaraq onları irəliləməyə qoymurdular. Vətənimizin igid oğlu Aslan bu döyüşdə son nəfəsinə qədər vuruşur düşmənə əsir düşməmək üçün axırıncı gülləsini öz ürəyinə sıxır.

Ailəli idi, üç övladı yadigar qalıb.

Azərbaycan Respubliksası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Atakişiyev Aslan Qabil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 12:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com