
İşğal olunmuş Fələstin ərazisinə təsir edən mühüm hadisələri nəzərdən keçirmək məqsədilə bir araya gəldiyimiz bir vaxtda, Azərbaycanın qardaş Fələstin xalqının dövlətçilik, sülh, sabitlik və davamlı inkişafa verdiyi səylərini tam dəstəklədiyini bir daha bildirmək istərdim. Müxtəlif beynəlxalq forumlarda dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.
Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində keçirilən, “İsrailin işğalçı hökumətinin 1967-ci ildə işğal olunmuş Fələstin Dövlətinin ərazilərinin bir hissəsini ilhaq etmək təhlükəsi” ilə bağlı növbədənkənar açıq virtual iclasında çıxışı zamanı deyib.
Nazir bildirib:
"Bununla əlaqədar olaraq, İordan çayının qərb sahilinin bir hissəsinin ilhaqına yönəlmiş mümkün hərəkətlər barədə xəbərlərdən narahatlığımızı bildiririk. Həll prosesinə təsir göstərə biləcək bütün hərəkətləri hər iki tərəf razılaşdırmalıdır. Buna görə də tərəfləri sülh danışıqlarına daha da zərər verə biləcək və beynəlxalq hüququ pozan birtərəfli addımlar atmaqdan çəkinməyə çağırırıq.
Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan, paytaxtı Şərqi Qüds olan suveren və müstəqil Fələstin Dövlətində öz müqəddəratını təyinetmə və azadlıq da daxil olmaqla, Fələstin xalqının ayrılmaz hüquqlarının və qanuni milli istəklərinin reallaşdırılmasına yönəlmiş səylərin təşviq olunmasına sadiqdir. Fələstin məsələsinin bütün aspektlərinin, o cümlədən fələstinli qaçqınlar məsələsi də daxil olmaqla, beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq ədalətli, davamlı və sülh yolu ilə həllinə yönəlmiş səylərə dəstəyimizi bir daha bildiririk.
Həqiqətən, hazırda dünya pandemiyadan çox əziyyət çəkir və pandemiyanın nəticələrinə qarşı mübarizə ölkələr və beynəlxalq təşkilatlar arasında intensiv beynəlxalq əməkdaşlıq və yardım tələb edir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası dünyanın 15-ə yaxın ölkəsinə humanitar yardım göstərmişdir. İnsanların əzab-əziyyətlərinin yüngülləşməsinə yardımçı olmaq və Fələstində yeni növ koronovirusun yayılmasının qarşısını almaq üçün göstərilən səyləri dəstəkləmək məqsədilə Fələstin Qaçqınlarına Yardım və İşlərin təşkili üzrə BMT-nin Agentliyinə (UNRWA) 2020-ci ildə 300.000 ABŞ dolları məbləğində töhfə verdik.
Hörmətli həmkarlar, ərazini əldə etmək üçün gücün tətbiq edilməsi beynəlxalq hüquqla qəbuledilməzdir və bütün dövlətlərin işğal nəticəsində yaranan vəziyyəti hüquqi tanımamaq və bu vəziyyətin davam etdirilməsinə kömək və ya yardım göstərməmək öhdəlikləri var. 30 ilə yaxındır ki, beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı davam edən Azərbaycan Fələstin xalqının hisslərini tam bölüşür".

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 09:50 Kərəm Həsənovun kadrları işdən çıxarıldı - SİYAHI
- 23-06-2020 17:45 "Düşmənə qarşı hamılıqla səfərbər olmalıyıq" - Hacı Mövsüm Səmədov
- 19-06-2020 13:42 Vəzifəli və hüquqi şəxslərlə bağlı yükək məbləğdə yeni cərimələr müəyyən edilir
- 19-06-2020 12:20 Samir Şərifov deputatı sərt tənqid etdi
- 19-06-2020 11:58 Dövlət büdcəsinin icrası son oxunuşda təsdiq edildi
- 19-06-2020 11:49 Millət vəkili 190 manatın iyun və iyul aylarında da verilməsini təklif edib
- 19-06-2020 09:32 Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək
- 17-06-2020 15:07 İranlı nazir Şahin Mustafayevə zəng edib
- 17-06-2020 13:21 İran Azərbaycana təşəkkür etdi
- 16-06-2020 16:45 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum oldu
- 16-06-2020 16:05 H.Hacıyev Dağıstanda azərbaycanlılarla bağlı baş vermiş hadisəni şərh edib
- 12-06-2020 13:26 Dövlət büdcəsinin icrası təsdiq edildi
- 12-06-2020 09:07 Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək
- 11-06-2020 08:52 Sabah Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək
- 10-06-2020 17:42 M. Elmar : Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir
- 10-06-2020 14:44 Azərbaycan XİN bəyanat yayıb
- 10-06-2020 13:50 Azərbaycanla Türkmənistan arasında ikitərəli sənədlər təsdiqlənib
- 10-06-2020 12:04 Azərbaycan Yəmən xalqına yardım edib
- 09-06-2020 12:05 Milli Məclis iki yeni qanun layihəsinin müzakirəsini təxirə saldı
- 08-06-2020 13:31 Azərbaycanda bir qəsəbəyə şəhər, iki kəndə isə qəsəbə statusu verilir
- 08-06-2020 10:10 Babək rayonunun ərazi bölgüsündə dəyişiklik müzakirə ediləcək
- 05-06-2020 10:40 Mətbuat Şurası jurnalistlərə müraciət edib
- 05-06-2020 09:52 Bu gün növbədənkənar iclasda 4 məsələ müzakirə ediləcək
- 04-06-2020 09:34 Bu gün keçirilən iclasda bir neçə qanun layihəsini müzakirə ediləcək
- 02-06-2020 12:43 Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası təyin edilib