Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2019
09:29
İlqar Məmmədov qaydasız oynayır, açıq oynamır - Azər Qasımlının xanımı

"Reala ilk dəfə 2013-cü ilin prezident seçkiləri ərəfəsində gəlmişəm. Seçkilərə hazırlıqla bağlı Real-ın sıravi üzvlərini yığıb İlqar Məmmədovun seçki qərargahının işinə cəlb etməli idim. Mənə 200 nəfərlik siyahı verildi. Bu siyahıdakı insanlarla bir-bir əlaqə saxlayıb seçki qərargahına dəvət etdim. Lakin o siyahının bir qismi jurnalist, bir hissəsi isə digər partiyanın üzvləri və ya Reala aidiyyatı olmayan insanlar idi. Realdakı sorğu-sualdan sonra məlum oldu ki, bu siyahı Realın 2011-ci ildə “Cumhuriyyət Forumu”na gələn qonaqların siyahısı imiş. Real-ın isə üzvlərinin siyahısı yox idi. Həmin o 200 nəfərdən təqribən 30-a yaxın insan həqiqətən Real Hərəkatının üzvü çıxdı."

Bu sözləri "Real" Partiyasının sədr müavini Azər Qasımlının istefasından sonra həyat yoldaşı Samirə Qasımlı partiyaya və partiya sədri İlqar Məmmədova məktubunda yazıb.

FaktXəbər-in məlumatına görə, S.Qasımlı məktubu şəxsi "Facebook" səhifəsində paylaşıb.

O, məktubunda "Real" sədri İlqar Məmmədovun partiyadaxili siyasətindən narazılığını ifadə edib:

"İlqar bəy, əgər xatırlayırsınızsa, bir dəfə söhbətimiz əsnasında demişdim, ki, istər seçki olsun, istərsə də digər siyasi addımlar, ən birinci görməli olduğunuz iş insanları inandırmaqdır. Təəssüf ki, addımlarınızla bütün inamı və güvəni dağıtdınız. Gördüyüm budur ki, islahat adı altında görmək istədiyiniz iş partiyanı sıfırlamaq və yenidən həbsdən əvvəlki kluba çevirməkdir.Dostlar, mən həm də ona görə gedirəm ki, İlqar bəy qaydasız oynayır. Açıq oynamır. Sədrin xarakterindəki tərslik əgər sabah ona “mən öz partiyamı yaradıram” fikrini diktə etsə, heç təəcüblənmərəm. Bu yolun sonu istəsək də, istəməsək də ayrılıq olacaqdı. Bəri başdan, yəni enerjimizi xərcləmədən ayrılaq…

Bir məsələyə də toxunmaq istəyirəm. Çox təəssüf ki, bu gün “facebook”-də qarşılaşdığım açıqlamalarda, yaxud reaksiyalarda partiyadaxili “islahatların” heç kim mahiyyətinə varmır, struktur dəyişikliyinin mahiyyətini müzakirə etmir, əksinə hamı deyir ki: “oturun gözləyin, partiyanın strukturları buraxılsın, əgər iş getməsə, hər şey pis olsa, onda hərəkət edərsiniz. Vaxt vermək lazım idi, əgər strukturların ləğvi uğur gətirməsə yenidən partiya yığarsınız”.

Bu kimi qeyri-ciddi yanaşma göstərən insanlara yalnız bir söz deyə bilərəm. Siyasət labaratoriya deyil. Və həyatlarını, ailələrini hər an riskə qoyan insanlar da labaratoriyada təcrübə dovşanları deyil. Hakimiyyətə iddialı insan gördüyü işə ciddi yanaşmalı və prinsipial olmalıdır."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
324

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
538

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1549
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 23:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru