Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2021
14:25
Lotu Quli Türkiyəyə necə qayıdıb? - Nazir ilk dəfə danışdı

Türkiyənin daxili işlər naziri Süleyman Soylu 2020-ci ilin avqustunda Antalyada oteldə qətlə yetirilən “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun vaxtilə Türkiyədən deportasiya edilməsinə baxmayaraq yenidən ölkəyə necə daxil ola bilməsindən danışıb.

Soylu bu barədə “TRT Haber” efirində hazırda xaricdə yaşayan türkiyəli kriminal avtoritet Sedat Pekerin onun ünvanına səsləndirdiyi ittihamları cavablandırarkən bildirib.

Onun sözlərinə görə, vaxtilə Türkiyədən deportasiya olunan Nadir Səlifov daha sonra başqa ölkədən pasport alaraq Kipr üzərindən Türkiyəyə qayıda bilib.

“Dünyanın 12 mafiyasından biri Türkiyəyə gəldi. Nadir Səlifov adlı şəxs 20 ilini Rusiyada həbsxanada keçirdi. Səlifov dünyanın 12 ən güclü mafiya rəhbərindən biridir. Çox adam gəlib-gedib, bunu isə yaxaladıq. İçəri atdıq. İki gün ərzində vəkilləri onun Türkiyədən deportasiyasını əngəlləyən, qeyri-leqal miqrantların saxlanılması mərkəzindən sərbəst buraxılmasını tələb edən məhkəmə qərarının çıxarılmasına nail oldular. Deportasiya mərkəzindən geri götürdüm və yerinə qoydum. 2-2,5 ay orada saxladıq, danışdırdıq və sonra ölkəsinə deportasiya etdik. Sonra başqa bir ölkədən pasport aldı, Kiprə getdi, oradan Türkiyəyə gəldi. Yaxın mühafizəçisi onu öldürdü”, - deyə Soylu açıqlamasında qeyd edib.

Qeyd edək ki, Sedat Pekerin sözlərinə görə, Nadir Səlifov Türkiyədə polisin həlak olması ilə nəticələnən atışmada iştirak etməsi şübhəsi altında saxlanılıb, ölkədən çıxarılsa da, daha sonra geri qayıdıb.

“Bilirsiz, Quliyə nə oldu? O öldü! Mənə zəng edib dedi ki, Türkiyəyə gedirəm. Bir müddət Türkiyədə qaldı və daha sonra çıxdı. Dedim getmə, mən orada deyiləm, problemlərin ola bilər. Dedi, mən güclüyəm, “Mehmet qardaşla çox yaxşı münasibətim var”, - dedi. Gəldi, həftəsi bitmədən öldürüldü”, - deyə Sedat Peker açıqlamasında bildirmişdi.

Xatırladaq ki, “Lotu Quli” ötən il yaxın adamı Xan Əhmədlinski (Xəqan Zeynalov) tərəfindən Antalyada yerləşən oteldə sui-qəsd nəticəsində qətlə yetirilib.

Məqalədə : Lotu Quli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ Husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
215

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
635

AMB-nin valyuta məzənnələri

25

İyun
09:14
İQTİSADİYYAT
675
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 11:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru