Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2019
12:46
Los Ancelesdə meşə yanğınıları: Hollivud ulduzu da evini tərk etməli oldu

ABŞ-ın Los-Anceles şəhərində meşə yanğınları tüğyan edir. FaktXeber.com-un Sputnik-ə istinadla verdiyi məlumata görə, fəlakətlə əlaqədar minlərlə insan evlərindən təxliyə edilib. 

Qeyd edək ki, evakuasiyaya məruz qalanlar arasında məşhurlar da var. Belə ki, Hollivud ulduzu, sonradan siyasi karyerası ilə də məşhur olan Arnold Şvartsneqer də evini tərk edib.

Bundan başqa ABŞ Milli Basketbol Liqasının ən məşhur ulduzlarından olan LeBron Ceyms də təxliyə məcburiyyətində qalıb.

"Dostum, bu LA yanğınları bir zarafat deyil. Təcili olaraq evdən çıxmalı olduq. Ailəmlə birlikdə avtomobildə qalmaq üçün bir otaq axtarırıq. İndiyə qədər uğursuzuq" 

Qeyd edək ki, bazar ertəsi səhər başlayan yanğın nəzarətdən çıxdığı üçüm yaşayış məntəqələrinə doğru artıb. Bildirilir ki, 500 hektar ərazi alov içində qalıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
665

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
203

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
450
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 22:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru