Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2021
09:35
İşlənmiş maşın alarkən diqqətli olun! - İşbazlar yeni fırıldağa əl atıb - VİDEO

Xaricdən gətirilən işlənmiş avtomobillərin bəzilərinin səsboğucu sistemində ''katalizator'' olmur. Bu da ətraf mühitin təmizliyi və ekoloji baxımdan olduqca ziyanlıdır. Ustalar deyirlər ki, bəzi işbazlar xaricdə ''katalizator''u içindəki qiymətli metala görə çıxarıb satırlar. Bəs "Avro-4" standartının tətbiq edildiyi ölkəmizə bu avtomobillər necə keçirilir? Sualmıza gömrük komitəsindən də cavab almışıq.

Xəzər TV xəbər verir ki, Gülməmməd Gülməmmədov avtomobilini Gürcüstandan işlənmiş maşın kimi alıb ölkəyə gətirib. Amma bir müddət sürdükdən sonra avtomobilin gücündə müəyyən problemlər ortaya çıxıb. Ustaya apardıqda isə məlum olub ki, avtomobilin katalizatoru çıxarılıb..

Usta Sahil Ağabəyli deyir ki, son vaxtlar avtomobillərdə belə hallara tez-tez rast gəlinir. Hətta Gürcüstandan gətirilən avtomobillərdə bu hal 20-30 faiz ətrafında olur. Usta deyir ki, bu sistemin çıxarılmasında əsas səbəb həmin qurğuda təxminən 1 kiloqrama yaxın platin metalının olmasıdır. Bir çox sürücü və ya işbaz onu çıxarıb 1000-2000 manata satır.

Katalizatorun olmaması əsasən ekologiyaya mənfi təsir edir. Çünki bu qurğu olmadıqda avtomobil ətrafa kəskin qoxu və qara tüstü buraxır. Ustanın sözlərinə görə, avtomobillərdə ''katalizator'' səsboğucunun bir neçə hissəsində yerləşir. Mühərrik işlək olan zaman işlənmiş qazlar ''katalizator''da yandıqdan sonra atmosferə buraxılır. Amma ''katalizator'' olmadıqda həmin qazlar birbaşa ətrafa yayılır.

2014-cü il, 1 aprel tarixindən Azərbaycana idxal edilən avtomobillərin "Avro-4" standartına cavab verib-vermədiyi yoxlanır. Onda belə bir sual yaranır: xaricdən gətirilən işlənmiş avtomobillər gömrük-keçid məntəqlərində necə yoxlanır? Və ya "katalizator"u olmayan nəqliyyat vasitələrinin Gömrük rəsmiləşməsi necə həyata keçirilir?

Dövlət Gömrük Komitəsindən ''Xəzər Xəbər''ə verilən açıqlamada bu suala konkret cavab verilməsə də, bildirildi ki, avtonəqliyyat vasitəsinin "Avro-4" ekoloji normalara uyğunluğu nəqliyyat vasitəsinin ''VİN'' kodu ilə nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi vasitəsilə bazadan təyin edili. Bu baxımdan ekoloji normalara cavab verən nəqliyyat vasitələrində katalizator sisteminin işlək olması vacibdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
487

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
383

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
386

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
657

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
482
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 02:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru