Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2019
15:05
480
İlk ərəb astronavt üçün namaz və orucla bağlı problem yaranıb - FOTO

Sentyabrın 25-də Qazaxıstandakı Baykonur kosmodromundan kosmosa göndərilən və göyərtəsində ilk ərəb astronavtın da olduğu “Soyuz-15” gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) birləşib.

FaktXəbər-in AZƏRTAC-a istinadən məlumatına göerə, “Khaleej Times” qəzeti yazır ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ilk astronavtı Həzaa əl-Mənsuri üçün BKS-də namaz və oruc vaxtları müəyyən edilib.

Qəzetin xəbərində qeyd olunub ki, BƏƏ-nin İslam Məsələləri və Xeyriyyəçilik Departamenti BKS-də müsəlman astronavtların ibadət və oruc vaxtlarının daxil olduğu davranış kitabını da məhdud tirajla nəşr etdirib. Məsələ ondadır ki, Yerdən təxminən 350 kilometr yüksəklikdə yerləşən kosmik stansiya orbit üzrə saatda 27700 kilometr sürətlə hərəkət edir və bizim planetin ətrafında sutkada 15,5 dövrə vurur. Bu səbəbdən astronavtlar 24 saat ərzində Günəşin 16 doğuşu və qürubunun şahidi olurlar. Ümumilikdə, Yer meyarı ilə günəşin doğuşu və qürubu arasındakı bir gün BKS-nin bir dövrəsinin başa çatdığı 92 dəqiqəyə bərabərdir.

Lakin ərəb astronavt çox maraqlı bir problemlə üzləşib: bütün bu meyarların fonunda hər 1,5 saatdan bir və müsəlman şəxsin gündə beş dəfə ibadət etdiyini nəzərə alsaq, onda əl-Mənsuri 24 saat ərzində 80 dəfə namaz qılmalıdır. Digər mühüm məsələ isə qiblənin müəyyən edilməsidir. BKS-nin daim hərəkətdə olduğu nəzərə alınarsa, Kəbənin istiqamətini müəyyən etmək mümkün deyil. Oruca gəldikdə isə, burada da kosmik zamanla ayaqlaşmaq tamamilə imkansızdır. Belə ki, kosmosda BKS-nin hərəkət sürəti zamanı gecə ilə gündüz tez-tez bir-birini əvəz edir.

“Khaleej Times” öyrənib ki, astronavtlara özləri ilə 680 qram şəxsi əşya götürməyə icazə verilib. BƏƏ astronavt özü ilə müqəddəs Quran, dövlət bayrağı və səhrada bitən qaf ağacının 30 ədəd toxumunu, ailə fotoşəkillərini, ölkənin ilk Prezidentinin portretini və Dubay Əmirinin kitabını götürüb.

Məqalədə : ərəb astronavt 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
134

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
173

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
49

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
69

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
34

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
32

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
53
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 20:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru