Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2019
20:16
363
Ölkədən xaricə qanunsuz adam çıxardan dəstə zərərsizləşdirilib

Azərbaycanda qanunsuz miqrasiyada, rüşvətxorluqda və saxta sənəd düzəltməkdə təqsirləndirilən mütəşəkkil cinayətkar dəstə ifşa edilib.

FaktXeber.com-un verdiyi məlumata görə, İbrahimov Bəxtiyar Xanhüseyn oğlu, Mühəndis Cabir Məhəmməd Təği oğlu, Əhmədov Şahin Rövşən oğlu, Soltanov İntiqam Həzi oğlu, Əhmədzadə Asim İbrahim oğlu və Nuriya Zərifə Əli qızı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Onların barəsində Cinayət Məcəlləsinin 318-1.2.3- cü (əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə),  318-1.2.2-ci (eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 318.2-ci (sərhədi qanunsuz keçmə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Başlanmış cinayət işinin ibtidai istintaqı bu ay yekunlaşıb və baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib. 

Məqalədə : рэиы 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1150

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
69

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
92

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
319

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
355
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 04:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru