
Mərkəzi Bank Kütləvi İnformasiya Vasitələrində Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinad edilərək banklar vasitəsilə ölkədən qanunsuz olaraq nağd xarici valyutanın çıxarılması ilə bağlı məlumatlara aydınlıq gətirib.
Məlumatda bildirilir ki, Hesablama Palatasının aidiyyəti hesabatı 2020-ci ilin deyil, 2019-cu ilin nəticələrini əhatə edir və qeyd edilən faktlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqları əks etdirir:
"Yoxlanılan dövr ərzində Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən ölkədən kənara təqribən 1.1 mlrd. manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin çıxarılması isə rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilib. Bu əməliyyatlar normal bank fəaliyyəti praktikasına uyğun şəkildə bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi məqsədini daşıyıb.
Banklar tərəfindən ölkədən ixrac olunan nağd xarici valyutanın 90%-dən çoxunu Avroda olan vəsaitlər təşkil edib. Avropa Mərkəzi Bankının 500 Avroluq əskinasların dövriyyədən çıxarılmasına dair aidiyyəti qərarı ilə həmin nominaldan olan əskinasların kütləvi şəkildə dövriyyədən çıxarılaraq kommersiya banklarına təhvil verilməsi səbəbindən banklar həmin banknotları xarici banklardakı müxbir hesablarına mədaxil etmək məqsədilə ixrac ediblər. Çıxarılan vəsaitlərin digər hissəsi isə xarici banklarda hesablaşmalarda istifadə etmək, habelə gəlir əldə etmək üçün qeyri-rezident banklarda depozitə yerləşdirmək məqsədini daşıyıb.
Bir daha qeyd etmək istəyirik ki, bütün hallarda həmin vəsaitlər hər hansı bir müştərinin deyil, məhz bankların özlərinin vəsaitlərindən ibarət olub.
Bildiririk ki, nağd xarici valyutanın banklar tərəfindən ölkəyə gətirilməsi və ölkədən çıxarılması rəsmi bank əməliyyatlarıdır və banklarda mövcud olan biznes proseslərlə və normativ hüquqi sənədlərlə tənzimlənir və müvafiq valyuta nəzarəti qurumları tərəfindən ciddi nəzarət olunur.
Qeyd olunan əməliyyatlar həm bankların özlərinin rəsmi hesabatlarında, həm də Mərkəzi Banka təqdim edilən hesabatlarda, habelə tədiyə balansı hesabatında müvafiq qaydada əks etdirilmiş və uçotu aparılıb".

Lavrov Aİ-nin İrana qarşı yeni sanksiyaları haqda: Cinayətdən betərdir
13
Aprel
İlham Əliyev Avro-2020-nin Bakıda keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb
13
Aprel
Peskov: “Rusiya və Azərbaycan hərbçiləri “İsgəndər” məsələsini sıx müzakirə edir”
13
Aprel
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO
13
Aprel
Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçi nə etməlidir? - AÇIQLAMA
13
Aprel- 13-04-2021 12:58 Azərbaycanda rəsmi şəkildə çalışanların sayı açıqlanıb
- 13-04-2021 10:40 Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçi nə etməlidir? - AÇIQLAMA
- 13-04-2021 10:29 Azərbaycan nefti bahalaşıb
- 13-04-2021 09:23 Neft bahalaşıb
- 13-04-2021 09:11 AMB-nin valyuta məzənnələri
- 12-04-2021 10:11 BVF: Azərbaycanın neft ÜDM-i bu il 0,2%, qeyri-neft ÜDM-i isə 3,5% artacaq
- 12-04-2021 09:20 Neft yenidən bahalaşıb
- 12-04-2021 09:08 AMB-nin valyuta məzənnələri
- 10-04-2021 11:16 Azərbaycan nefti cüzi bahalaşıb
- 09-04-2021 10:35 Azərbaycan nefti bahalaşır
- 09-04-2021 09:19 “Brent” nefti ucuzlaşıb, WTI isə bahalaşıb
- 09-04-2021 09:09 AMB-nin valyuta məzənnələri
- 08-04-2021 17:04 Daha 7 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi - Siyahı
- 08-04-2021 14:09 Ölkədən qanunsuz pul çıxarılması iddiasına - Rəsmi münasibət
- 08-04-2021 12:53 Sığorta bazarında nə dəyişəcək? - Strategiya açıqlandı
- 08-04-2021 10:11 Azərbaycan nefti ucuzlaşıb
- 08-04-2021 09:21 AMB-nin valyuta məzənnələri
- 08-04-2021 09:09 Neft yenidən ucuzlaşıb
- 07-04-2021 11:27 Azərbaycan nefti yenidən bahalaşdı
- 07-04-2021 10:37 Neft bahalaşıb
- 07-04-2021 09:09 AMB-nin valyuta məzənnələri
- 06-04-2021 09:19 AMB-nin valyuta məzənnələri
- 06-04-2021 09:06 Neft kəskin ucuzlaşıb
- 05-04-2021 12:42 Ötən il Azərbaycandan qanunsuz 1,1 milyard manat dəyərində xarici valyuta çıxarılıb
- 05-04-2021 09:28 Neft yenidən ucuzlaşıb