Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2020
16:53
İlk ödənişli yol bu il istifadəyə veriləcək

S.Məmmədov qeyd edib ki, bu il ərzində 36 respublika əhəmiyyətli yol, 12 Bakı şəhərinin rayon və qəsəbə yollarının abadlaşdırılmasına sərmayə qoyulub: “Ən böyük layihələrdən biri Gəncədən Gürcüstan sərhədinə qədər olan avtomobil yolunun ikinci texniki dərəcədən birinci texniki dərəcəyə keçirilməsidir. 4 hərəkət zolağına keçirilməsi layihəsinin bəzi lotlarda yekunlaşdırılmasını planlaşdırırıq.

Həmçinin, bu ilin sonuna Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Xaldan qəsəbəsindən ayrılaraq, Gürcüstan sərhədinə qədər Xaldan-Şəki-Mazımçay gömrük məntəqəsinədək olan avtomobil yolunun Xaldan-Şəki hissəsinin 54 kilometr çəkilib başa çatdırılması nəzərdə tutulub. Bundan əlavə, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 68 kilometr hissəsinin ilin sonunadək çəkilməsi planlaşdırılır”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Bakı-Quba, Ələt-Astara yollarının təmirindən də danışıb. 

 S.Məmmədov bildirib ki, Bakı-Quba-Rusiya avtomobil yoluna paralel olaraq Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Rusiya sərhədinə kimi yolun 100 kilometr hissəsi bu il tam çəkilib əhalinin istifadəsinə veriləcək:

“Bu yol beton yola paralel çəkiləcək və Azərbaycanda ilk ödənişli yol kimi əhalinin istifadəsinə veriləcək. Bu yol istifadəyə verildikdən sonra indiki beton yolun təmirinə başlanılacaq. 

Bundan başqa Bakı-Ələt-Astara-İran yolu iki il əvvəl istifadəyə verilib. Lakin İranla sərhəddə Astara çayı üzərində körpünün tikintisi həyata keçirilmədiyi üçün yolun birləşdirilməsi başa çatmamışdı. Artıq İran Prezidenti ilə Prezident İlham Əliyevin görüşündə bu körpünün tikilməsi razılaşdırılıb. Çox güman ki, bu il həmin körpü tikilərək istifadəyə veriləcək. Bununla da Astara rayonunun daxili yollarından istifadə etmədən İrana gediş-gəliş təmin ediləcək”. 

Məqalədə : yol 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4824

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3277

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2634

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2183
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-04-2020 10:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru