Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2020
11:31
Livanın paytaxtında yenidən gərginlik yaranıb

Livanın paytaxtı Beyrutda yolları bağlamaq üçün aksiya keçirən nümayişçilərlə təhlükısizlik qüvvələri arasında yaranan gərginlik nəticəsində hər iki tərəfdən də yaralananların olduğu bildirilir.

Livanda Daxili Təhlükəsizlik Qüvvələri Müdirliyinin yazılı açıqlamasına görə, paytaxt Beyrutun mərkəzindəki Banklar Birliyi yaxınlığında etiraz aksiyası keçirən bir qrup binaya girmək üçün polis qüvvələrinə hücum edib.

Livan Mərkəzi Bankının Beyrutun qərbində yerləşdiyi Hamra küçəsinə gedən nümayişçilər daş və pirotexnik vasitələrdən istifadə edərək bölgədəki bank filialları ilə birlikdə xüsusi mülklərə ziyan vurublar.

Livan Qırmızı Xaç Komitəsinin baş direktoru George Ketane bildirib ki, polis və etirazçılar arasında yaralanan 20 nəfər xəstəxanaya yerləşdirilib.

29 oktyabr 2019-cu ildə iqtisadi böhran və hökumətin vergi siyasətinə görə istefa verən Baş nazir Saad Hariri yeni hökumət qurulana qədər vəzifəsini davam etdirir.

19 dekabr 2019-cu ildə hökuməti qurma vəzifəsini alan Hassan Diyab isə kabineti formalaşdırmağa çalışır.

Məqalədə : Livan Beyrut 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

17

Yanvar
17:25
ELM / TƏHSİL
142

MSK DSK-nın qərarını ləğv edib

17

Yanvar
15:50
SİYASƏT
222

Bakıda maşından polislərə atəş açıldı

17

Yanvar
14:20
HÜQUQ,HADİSƏ
397

Süd bioloji qocalmanı yavaşladır

17

Yanvar
12:54
AİLƏ, SAĞLAMLIQ
476
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-01-2020 18:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru