Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2021
16:59
Livanda 13 aydan sonra yeni hökumət formalaşıb

Livanda siyasi fraksiyalar 13 aydan sonra yeni hökuməti formalaşdıra bilib.

Associated Press xəbər verir ki, 24 nazirdən ibarət yeni kabinetə milyarder biznesmen Nəcib Mikati rəhbərlik edəcək.

İş adamı Livanın ən zəngin şəxslərindən biridir və ona cari ilin iyulunda yeni hökuməti formalaşdırmaq tapşırılıb. N. Mikati daha əvvəl 2005-ci ildə, həmçinin 2011-ci ildən 2013-cü ilədək Livanın Baş naziri olub.

Yeni hökumətin tərkibi bu gün əvvəlcə ölkə prezidentinin administrasiyası, daha sonra isə Nazirlər Şurasının Baş katibi Mahmud Makieh tərəfindən açıqlanıb. Yeni kabinetin tərkibindəki əksər nazirlərin son onilliklər ərzində hakimiyyətdə olmuş siyasətçilər arasından seçildiyi bildirilir.

Qeyd edək ki, ötən il avqustun 4-də Beyrut limanında baş verən faciəvi partlayışdan sonra Baş nazir Hassan Diabın rəhbərlik etdiyi hökumət istefa verməyə məcbur olub. Həmin vaxtdan rəqib siyasi qruplar arasında yeni hökumətin formalaşdırılması ilə bağlı razılıq əldə etmək mümkün olmayıb. Nəticədə ötən ilin oktyabrından ölkənin milli valyutası dollar qarşısında 90%-dək dəyər itirərək hiperinflyasiyaya səbəb olub, ölkə əhalisinin yarısını yoxsulluq səviyyəsinə yaşamağa məcbur edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

21

Sentyabr
14:00
İQTİSADİYYAT
270

DYP sürücü valideynlərə müraciət edib

21

Sentyabr
13:37
NƏQLİYYAT
306

ABŞ və Britaniya İrana çağırış etdi

21

Sentyabr
12:51
DÜNYA
316

İran ABŞ-a çağırış etdi

21

Sentyabr
12:20
DÜNYA
337
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2021 08:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru