Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2020
13:30
Əli Əliyev 6 aya Şuşanı azad edəcəyini dedi - AÇIQLAMA

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli ƏIiyev feysbuk səhifəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsiylə bağlı fikirlərini paylaşıb. Ə. Əliyev videoçıxışında Müdafiə Nazirliyinin rəhbərliyini ona verilməsini istəyib. Daha sonra 6 aya işğal altındakı torpaqları, xüsusilə də Şuşanı işğaldan azad edəcəyini bildirib. Əgər bunu bacarmasa, başına güllə vurub intihar edəcəyini qeyd edib.

 Partiya sədrinin bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bu çıxışı populist adlandıranlarla yanaşı, sabiq Müdafiə naziri Rəhim Qazıyevin çıxışıyla da müqayisə edənlər olub. 

FaktXəbər bildirir ki, “Qafqazinfo” aparılan müzakirələrlə bağlı partiya sədriylə əlaqə saxlayıb. O, bu çıxışının Rəhim Qazıyevin çıxışıyla müqayisə etməyin kiməsə sərf etdiyini vurğulayıb:

“Mən tamam başqa aspektdən çıxış etmişəm. Rəhim bəy onu deyəndə Müdafiə naziri idi. Bu sözləri bir tikə vicdanı olan azərbaycanlı müzakirəyə çevirməz. Bu torpaq hamımızın namusudur. Kim erməninin işğalından şərəf duyursa, həzz alırsa mən o adamı azərbaycanlı saya bilmərəm. Mənə bu məsələ təsir edir. 

Bu hakimiyyət formalaşandan bu günə kimi müxtəlif müdafiə nazirləri olub. Azərbaycan xalqının haqlı tələbi var. Torpaq azad edilməlidir. Hakimiyyət də Konstitusiya ilə, digər qanunvericilik aktlarımızla kiməsə hədiyyə edilməyib. Azərbaycan hakimiyyətinin vəzifəsidir ki, torpaqları azad etsin. Mənim də çağırışım başqalarının çağırışına bənzəmir. Bacarırsınızsa, öz konstitusion vəzifənizi icra edin. Zəhmət çəkib o vəzifələri icra etməyən adamları uzaqlaşdırsınlar. Mən siyasətçiyəm, ictimai öhdəlik götürmüşəm. Müdafiə Nazirliyi postu hərbi yox, siyasi postdur. Mən ölkə prezidentinə müraciət etmişəm ki, bir halda ki, nazirlər torpağı azad edə bilmirlər, müxalifət partiyası olaraq ictimai öhdəlik götürürük, verin bizə o postu. 6 ay ərzində biz torpaqları azad etməsək, istənilən cəzanın qəbul olunmasına razıyıq. Ən qətisini də özüm ifadə etmişəm”.

 Ə. Əliyev bildirib ki, Azərbaycanda çox qəribədir ki, hərbçilər özünü toy genaralları kimi aparırlar:

“Hamısı torpaq əvəzinə, ulduz davası edirlər ki, paqonlarındakı ulduzların sayı çox olsun. Onun uğrunda mübarizə aparırlar. Məğlub ölkənin nə qədər desən generalı var. Azərbaycanda çay, meşə generalları var. Bu qədər general var, torpaq işğaldadır.  Nə vaxta qədər bu ölkə o generalların yalançı toy generallığına şahidlik edəcək? Bunların birinin mənliyi yoxdur ki, prezidentə desin ki, məni həbs elə. Mən bunların çağırışını etmişəm”.

Məqalədə : Əli Əliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42751

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41110

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42679

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42184

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47672

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42126

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42491
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2020 10:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru