Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2021
13:25
İlham Əliyev Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyətindən danışıb

“Ümumilikdə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti müsbət qiymətləndirilə bilər. Əlbəttə ki, bizim narazılığımız da var, iradlarımız da var”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsində deyib.

“İlk növbədə bizim əraziyə qanunsuz olaraq xarici vətəndaşların qanunsuz səfərləri ilə bağlıdır. Biz dəfələrlə bu məsələni qaldırmışdıq. Çünki Qarabağ bizim ərazimizdir və bizim icazəmiz olmadan heç bir xarici vətəndaş və ya nəqliyyat vasitəsi bu ərazilərə daxil ola bilməz. Bizdən icazə alınmalıdır. Ancaq deyə bilərəm ki, tam yüzdə-yüz bu həll olunmayıb. Halbuki onu da deməliyəm ki, xarici vətəndaşların Qarabağa qanunsuz gəlməsi halları çox az saydadır. Bunu da bildirməliyik. Bizim siyasətimiz və təkidimiz nəticəsində artıq bu prosesə də son qoyulur. Ancaq biz əlbəttə ki, istərdik ki, bizim suverenliyimizə, ərazi bütövlüyümüzə tam miqyasda, tam həcmdə hörmət edilsin. Onsuz da Rusiyanın rəsmi nümayəndələri, yüksək vəzifəli nümayəndələri deyirlər ki, Qarabağ Azərbaycan torpağıdır. Və belə olan halda yerlərdə orada xidmət edən hərbçilər də bu bəyanatlara uyğun şəkildə öz fəaliyyətlərini aparmalıdırlar”, - dövlət başçısı vurğulayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
497

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
633

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
638

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
704

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
695
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 14:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru