Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2021
14:36
Lerikdə bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib

Lerik rayonunda bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov məlumat verib.

Onun sözlərinə görə, buna səbəb son iyirmi gündə aramsız yağan yağışlardır: “Lerik-Lənkəran yolunda bir neçə istiqamətdə mütəmadi olaraq sürüşmələr baş verir. 45, 46, 49, 50, 52-ci km-də torpaq sürüşmələri və çökmələr var. 52 saylı Yol İstismar İdarəsi tərəfindən yolun işlək vəziyyətdə qalması daimi nəzarətdə saxlanılır. Digər Piran-Veri-Qələbin avtomobil yolu sürüşmələr nəticəsində yararsız hala düşüb. Sürüşmələr son bir həftə ərzində 5 kəndi əhatə edən Əliabad-Lərmərüd-Babazığon avtomobil yolunda hazırda daha aktiv şəkildədir. Bu ərazidə yaşayan 2000 nəfərə yaxın sakinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Sakinlər məcburiyyətdən qonşu Masallı rayonuna keçməklə hərəkət edirlər".

H.Məlikov bildirib ki, intensiv yağıntılar səbəbindən təsərrüfatlara da xeyli ziyan dəyib: "Osiodərə inzibati ərazi dairəsinə daxil olan Şivlə kəndində vətəndaşlara məxsus pay torpaqlar sürüşmə səbəbindən yararsız hala düşüb. Veri-Əliabad ərazisində mövcud sürüşmə aktivliyi yenidən artıb. Nəticədə 5-ə yaxın yaşayış evinin hər an uçma təhlükəsi var. Vətəndaşlara evlərini tərk etmələrinin vacibliyi barədə məlumatlar vermişik. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssisləri də baxış keçiriblər. Hələlik hər hansı yenilik yoxdur".

İcra başçısının müavini bu gün səhər saatlarında Lerik-Qosmalian-Kəlvəz yolunda baş verən böyük uçqunun fəsadlarının səhər saat 11.00 radələrində qismən aradan qaldırıldığını və yolda hərəkətin bərpa olunduğunu da vurğulayıb.(Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
431

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
583

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
588

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
614

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
615
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 11:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru